GünazTV June.30.2020: Çin höküməti, Sincan bölgəsində yaşayan Uygur türklərinin artımının qarşısını almaq üçün abort və qısırlaşdırma daxil olmaqla sərt doğum nəzarətini tətbiq edir

2020-06-30 18:21

Çin höküməti, Sincan bölgəsində yaşayan Uygur türklərinin artımının qarşısını almaq üçün abort və qısırlaşdırma daxil olmaqla sərt doğum nəzarətini tətbiq edir

Gunaz.tv Quote | Gunaz article

Çin höküməti, Sincan bölgəsində yaşayan Uygur  türklərinin artımının qarşısını almaq üçün abort və qısırlaşdırma daxil olmaqla sərt doğum nəzarətini tətbiq edir.Ailə planlamasında Çin hökumətinin tələblərini  nəzərə almayan  uygurlar, həbs olunur. Rəsmi Pekinin apardığı məcburi ailə planlaması nəticəsində, uygurların yaşadığı bölgələrdə doğum son 3 ildə  60  faiz azalıb. Çinli rəsmilər ailə palanlamasını yoxsulluqla mübarizə planının bir hissəsi kimi təqdim etsələr də  beynəlxalq müşahidəçilər  bu davranışın tək səbəbi olaraq uyğur türklərini  asimiliasiya edərək  soyu kəsmək  siyasəti olaraq  qiymətləndirirlər.

Associated Press xəbər agentliyi isə rəsmi sənədlərə istinadən hazırladığı araşdırma ilə dünyanı heyrətləndirib. Onlar üzə çıxarıblarki, Çin hökümətinin uygurlara qarşı apardığı  sözdə ailə planlaması - əslində  geniş əhatəli və sistemlidir. Onlar, Çin hökumətinin Sincan  bölgəsindəki  siyasətini  “demografik soyqırım” olaraq  qiymətləndiriblər.Beləki, Çin hökuməti davamlı olaraq uyğur qadınlarını hamiləlik testindən keçirir, yüz minlərlə qadına hamiləliyin qarşısını alan spiral taxılıb, hətta onlar qısırlaşdırma və aborta məcbur edilir. Spiral və qısırlaştırma kimi doğuma nəzarət, Çin miqyasında azaldığı halda,  rəqəmlər Sincanda yüksəlir. Bu tələblərə əməl etməyərək uşaq doğanlar isə sonradan toplama kamplarında şiddətə məruz qalır.Üç və daha artıq uşağa sahib  olan ailə başçısını məcburi ailədən ayırırlar.Ailələr uşaqlarını gizlətməyə çalışsa da tez-tez həyata keçirilən ev basqınları ilə bunu gizlətmək tam alınmır. Digər tərəfdən isə ailələrə, kəndlərə yerləşdirilən çin hökumətinin casusları doğumla bağlı məlumatları da onlara çatdırır. Bu halda isə ailələr təqibdən qaçmaq üçün çıxış yolunu Qazaxıstana qaçmaqda görürlər.  Qazaxıstan hökuməti də həmişə uyğurlara qapı açmır. Rəsmi Astananın uyğur qaçqınlarına dstək olmamsı Amerika Birləşmiş Ştatlarından da aydın görünür. Dövlət Katibi Mayk Pompeonun bu barədə davamlı çağırışları da olub. Rəsmi Pekin bu xəbərləri rədd etməyə çalışsa da dünyanın təpkisi səbəbilə həqiqətlər ortaya çıxır. Amerika Birləşmiş Ştatlarının  Dövlət Katibi  Mike Pompeo  mövzu ilə bağlı sərt mövqey nümayuş etdirib. Uyğurlarla bağlı staistikanın onları ciddi narahat etdiyini deyən Pompeo, Çin Komunist Partiyasını insan həyatını təhdid edən siyasətdən geri çəkilməyə  çağırıb. Pompeo, Amerikanın uygurların haqqlarını sonadək qoruyacağını bəyan edib.  

Qənirə Ataş, Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda daha 163 nəfər koronavirusdan ölüb, 2560 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-05

gun az article

GünazTV July.04.2020: Hindistan Çin ilə sərhəd qarşıdurmasından sonra 5 milyard dollardan çox silah satın alır

2020-07-04

gun az article

GünazTV July.04.2020: Amerika Birləşmiş Ştatlarında son bir gündə Corona virusuna yoluxanların sayıında rekord artım var

2020-07-04

gun az article

İranda dolların məzənnəsi 21 min tüməni keçib

2020-07-04

gun az article

Ruhani maska taxmayanlara dövlət idarələrində xidmət göstərilməməsini istəyib

2020-07-04

gun az article

İranda daha 2449 nəfər koronavirusa yoluxub, 148 nəfər ölüb

2020-07-04

gun az article

İran rəsmisi: "İndiyədək ölkədə 18 milyon insanın koronavirusa yoluxduğu təxmin edilir"

2020-07-04

gun az article

Ukrayna təyyarəsilə bağlı səs yazısı: "Sepahın hücumuna görə Tehran səması bağlanmamışdı"

2020-07-04

gun az article

GünazTV July.03.2020: “ “Amerikanın kəşfiyyat rəhbərləri Konqresdə Rusiya iddiaları ilə bağlı açıqlama etdi”

2020-07-03

gun az article

İranın İraqdakı yaraqlı qruplaşmalara göstərdiyi kömək kəskin dərəcədə azalıb

2020-07-03

gun az article

ABŞ Dövlət Departamenti: “Nətənz təsisatındakı yanğın göstərdi ki, İran rejimi nüvə proqramını xalqın ehtiyaclarından üstün tutur”

2020-07-03

gun az article

Ukrayna təyyarəsi qurbanlarının ailələri: "Araşdırmalar aparılmadan kompensasiyanı qəbul etməyəcəyik"

2020-07-03

gun az article

İranda plastik əməliyyatlar qadağan edilib

2020-07-03

gun az article

İranda daha 154 nəfər koronavirusdan ölüb, 2566 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib

2020-07-03

gun az article

İran Ukrayna təyyarəsinin qurbanlarına görə kompensasiya ödəyəcək

2020-07-03

gun az article

İranlı rəsmi: “Loristanda yaşı 60-dan yuxarı olan xəstələr arasında ölənlərin sayı eksponent olaraq artır”

2020-07-03

gun az article

İranın Nətənz nüvə təsisatındakı yanğını bu qruplaşma törədib

2020-07-02

gun az article

GünazTV July.02.2020: “Əgər İran Çin və Rusiya kimi ölkələrdən güclü silahlar ala bilsə bu halda Orta Doğudakı insanlar üçün fəlakət başlayacaq.

2020-07-02

gun az article

Tehranda evlərin qiyməti 121% bahalaşıb

2020-07-02

gun az article

Tehranın Antropologiya Muzeyinin bütün eksponatları oğurlanıb

2020-07-02