SON XƏBƏRLƏR

Nazənin Zağərinin qızı Londona qayıdıb

2021.10.20, 07:36
Nazənin Zağərinin qızı Londona qayıdıb

Gunaz.tv

GünAz TV: Hazırda Tehranın Evin zindanında məhkumluq həyatı yaşayan, Britaniya- İran vətəndaşı olan Nazənin Zağəri Ratklifin 5 yaşlı qızı Londona qayıdıb.

 

“Tomson Reuters” Xeyriyyə Fondunun əməkdaşı olan Nazənin Zağəri artıq 3 il yarımdır ki, saxta casusluq ittihamı ilə həbsxanadadır. Bu dövrdə onun azyaşlı övladına ailəsi baxıb.

 

Xanım Zağərinin həyat yoldaşı Riçard Ratklif bildirib ki, qızı Qabriella məktəb yaşına çatdığı üçün Britaniyaya geri dönüb və bir müddətdən sonra təhsil almağa başlayacaq.

 

Xatırladaq ki, Nazənin Zağəri qızını ailəsi ilə tanış etmək üçün İrana etdiyi səfər zamanı 2016-cı ilin aprelində Londona qayıdarkən hava limanında “Sepah” terror təşkilatının əməkdaşları tərəfindən saxlanmışdı.

 

Bir neçə gün öncə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Britaniyanın Nazənin Zağərinin azadlığı üçün rəsmi Tehrana “Chiftain” tanklarının alşıyla bağlı imzalanmış müqaviləyə ödənmiş 400 milyon fund sterlinq pulu qaytarmasını təklif etdiyini və rəsmi Tehranın da bununla razılaşdığını bəyan etmişdi. Lakin Britaniya bu xəbəri təkzib etmişdi.

 

Bundan sonra Nazənin Zağəri yazdığı açıq məktubda ölkəsinin (İran-red.) onu öz siyasi tələblərinə görə hərraca çıxarmasından təəssüf hissi keçirdiyini bildirmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar