SON XƏBƏRLƏR

İranın kəşfiyyat nazirindən ölkənin yanacaq sisteminə edilən kiber-hücum barədə açıqlama

2021.10.29, 10:25
İranın kəşfiyyat nazirindən ölkənin yanacaq sisteminə edilən kiber-hücum barədə açıqlama

Gunaz.tv

O deyib ki, baş vermiş kiber-hücumun mahiyyəti hazırda araşdırılır.


“Hazırda bu məsələ araşdırılır və bu barədə dəqiq məlumat əldə olmadığı üçün  hələlik konkret bir fikir bildirə bilmərəm. 


Lakin yalnız ona deyə bilərəm ki, ölkənin yanacaq şəbəkəsinə qarşı edilən kiber-hücumun arxasında kimlərin durub-durmaması və bu hücumun amillərinin daxili və ya xarici olması məsələsi, araşdırmalar başa çatdıqdan sonra yaxın gələcəkdə elan ediləcək”, -deyə İranın kəşfiyyat (ETTELAAT) naziri axund İsmayıl Xətib bildirib. 


Xatırladaq ki, oktyabrın 26-ı, yerli vaxtla saat 11:00-dan başlayaraq kiber-hücum nəticəsində İranın bütün yanacaq doldurma məntəqələrinin fəaliyyəti iflic vəziyyətinə düşüb. Bu hadisədən sonra ölkənin qara bazarında satılan yanacağın qiyməti kəskin artıb.


Kiber-hücum nəticəsində paytaxt Tehranda və digər şəhərlərdə fəaliyyət göstərən 4300 yanacaq doldurma məntəqəsinin işinə xələl gətirilib.

 
Bu barədə, İranın Virtual Məkan Ali Şurasının katibi Əbülhəsən Firuzabadi mediaya açıqlamasında məlumat yayıb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar