Zəncanda xəstəxanadan reportaj hazırlamaq istəyən fotoqraf saxlanılıb

2020-07-03 12:30

Güney Azərbaycanın Zəncan şəhərində reportaj hazırlamaq üçün koronavirus xəstələrinin müalicə aldığı “Vəliəsr” xəstəxanasına gedən fotoqraf təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.

Gunaz.tv Quote | Gunaz article

Məlumata əsasən, “Sedaye Zəncan(Zəncanın Səsi)” xəbər portalının fotoqrafı bir müddət xəstəxana nəzdindəki təhlükəsizlik şöbəsində saxlanılıb və sorğu-suala çəkilib.

Bu zaman təhlükəsizlik şöbəsinin əməkdaşları jurnalistin mobil telefonu və digər cihazlarını müsadirə etməyə çalışıb.

Təhlükəsizlik qüvvələri həmçinin fotoqrafı mobil telefonundakı informasiyanı ələ keçirməklə hədələyiblər.

 

 

Təhlükəsizlik qüvvələri həmçinin fotoqrafın saxlanıldığı yerə müraciət edən “Sedaye Zəncan” saytının sahibi və müxbirlərini həbs etməklə hədələyiblər.

Zəncan Tibb Universiteti və xəstəxana rəhbərliyinin müdaxiləsindən sonra saxlanılan jurnalist sərbəst buraxılıb.

 

 

Məlumata əsasən, “Vəliəsr” xəstəxanasından reportaj hazırlamaq istəyən Zəncanın “Həmdeliye Zəncan” xəbər saytının əməkdaşları da eyni problemlə üzləşib.

 

 

Qeyd edək ki, Zəncan Tibb Universitetinin təcili yardım mərkəzinin direktoru Əsgər Cəfəri əyalət xəstəxanalarında böhran vəziyyətinin hakim olduğunu deyib.

Onun sözlərinə görə, Zəncanda koronavirus xəstələrini qəbul edən bütün xəstəxanalarda yerlər dolmaq üzrədir. Cəfəri həmçinin “böyük insnai faciənin” baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

 

 

Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş isə xəstəxanalara müraciət edən, həmçinin reanimasiya şöbəsində müalicə alan koronavirus xəstələrinin sayının sürətlə artmasının ciddi narahatlığa səbəb olduğunu bildirib.

“Əvvəllər hər xəstəxanada koronavirusdan müalicə alanların sayı 230 nəfər idisə bu rəqəm hazırda 500 nəfərə çatıb,” deyə Qızılbaş bildirib.

 

 

 Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14