Zəncanlı idmançının qardaşı Davud Rikabi bununla bağlı sosial media hesabında paylaşım edib.
O, kiçik bağ evlərinin hökumətə bağlı qüvvələr tərəfindən qanunsuz olaraq söküldüyünü və özünə qarşı fiziki təzyiq göstərildiyini yazıb.
Güney Azərbaycanın Zəncan şəhərindən olan gənc xanım alpinist Elnaz Rikabi Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Asiya Çempionatında hicabsız çıxış etdiyi üçün İrana qayıtdıqdan sonra təhlükəsizlik məmurlarının basqıları ilə üzləşib və ev dustağı edilib.
Timur