SON XƏBƏRLƏR

Ancelina Coli İranda etiraz edən qadınlara dəstək verdi

2022.09.29, 05:58
Ancelina Coli İranda etiraz edən qadınlara dəstək verdi

Gunaz.tv

Aktrisa "İnstaqram" sosial şəbəkəsində İranda etirazçı qadınların “qorxmaz, cəsarətli və sarsılmaz” kimi keyfiyyətlərə malik olduqlarını xatırladıb və onların hörmətə layiq olduğunu bildirib.

Paylaşımında Ancelina Coli qadın hərəkatının uzun sürən mübarizə tarixini xatırladıb.

Bildirib ki, o, həm onilliklər boyu müqavimət göstərənlərə, həm bu gün küçələrə çıxanlara, həm də Məhsa Əminiyə və onun kimi bütün iranlı gənclərə hörmət edir. 

"Onların yaşamaq və nəfəs almaq üçün azadlıq və qeyri-zorakılıq və əmin-amanlığa ehtiyacı var",- deyə, Ancelina Coli paylaşımında qeyd edib.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar