SON XƏBƏRLƏR

Gənclər dini və etnik toqquşmaların Azərbaycana gətirilməsinə imkan verməməlidir

2022.10.01, 03:29
Gənclər dini və etnik toqquşmaların Azərbaycana gətirilməsinə imkan verməməlidir

Gunaz.tv

Tədbirdə Müasir İnkişaf Birliyinin sədri, layihənin rəhbəri Mübariz Göyüşlü rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi tədbirlərdən, Agentliyin dəstəyi ilə gerçəkləşdirilən layihələrdən danışıb. 

O, bu layihə çərçivəsində görüləcək işlər zamanı multikulturalizm, onun Azərbaycan modeli, ölkəmizdəki etnik-dini durum barədə maarifləndirici çalışmalar həyata keçiriləcəyini söyləyib. 

M.Göyüşlü Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi haqqında fikirlərini bölüşüb. M.Göyüşlü Azərbaycanın multikultural dəyərlərinin ölkə daxilində və xaricində daha da geniş şəkildə təbliğ edilməsinin vacib olduğunu qeyd edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasındakı rolu haqqında ətraflı danışıb. 

O, bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. 

M.Cəbrayılov multikulturalizmin artıq azərbaycanlıların həyat tərzi, gündəlik yaşam forması olduğunu qeyd edib. Alim öz çıxışında ölkəmizdəki dini, etnik harmoniyadan, fərqli dinə və etnik qrupa məxsus olan insanların bir-birinə hörmətlə yanaşmasından danışıb. 

O, bir sıra xarici ölkələrin dini və etnik məsələlərdə problemlər yaşadığını, toqquşmaların, iğtişaşların, vətəndaş qarşıdurmasının baş verdiyini söyləyib. M.Cəbrayılov gəncləri həmin acı praktikanın, gərgin məqamların Azərbaycana gətirilməsinə imkan verməməyə çağırıb.

Sonda Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Qüdrət Cəfərov, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Aqşin Dərvişov, Cəlal Əliyev də fikirlərini bölüşüblər, suallar ünvanlayıblar. Tədbirdə səslənən önəmli təklif və tövsiyyələr qeyd edilib və aidiyyatı qurumlara çatdırılması qərarlaşdırılıb.

Qeyd edək ki, "Müasir İnkişaf" İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə iki aylıq müddəti əhatə edir.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar