Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays aprelin 7-də jurnalistlərə açıqlamasında Vaşinqtonun Qərblə İran arasında imzalanmış nüvə sazişinə qayıtmağa və İrana qarşı tətbiq etdiyi bəzi sanksiyaları ləğv etməyə hazır olduğunu bildirib.
Gunaz.tv
Prays deyib ki, Amerika hökuməti nüvə razılaşmasına uyğunlaşmaq üçün İran İslam Respublikasına qarşı tətbiq etdiyi bəzi sanksiyaları aradan qaldırmağa hazırdır.
“Amerika Birləşmiş Ştatları nüvə sazişi ilə uyğun şəraitə qayıtmaq üçün lazımlı addımları atmağa, raılaşmaya uyğun olmayan sanksiyaları aradan qaldırmağa hazırdır. Lakin mən hələlik bu məsələnin detallarını açıqlaya bilməyəcəyəm”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays əlavə edib.
ABŞ hökumətinin İran üzrə xüsusi nümayəndəsi Robert Mali isə dünən “N.P.R” telekanalına açıqlamasında Amerikanın keçmiş prezidenti Donald Trampın İrana qarşı “maksimum təzyiq” siyasətinin məğlubiyyətə uğradığını deyib.

ABŞ hökumətinin İran üzrə xüsusi nümayəndəsi Robert Mali
“İrana qarşı maksimum təzyiq siyasəti nəticə vermədi. Məhz buna görə də hesab edirik ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ən yaxşı yol diplomatiyadır”, -deyə ABŞ hökumətinin İran üzrə xüsusi nümayəndəsi Robert Mali bildirib.
A.M