Ned Prays: “Çin İranın nüvə proqramını məhdudlaşdırmaq üçün bizimlə əməkdaşlıq edib”

2021-04-01 12:50

Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays martın 31-də jurnalistlərə açıqlamasında Qərblə İran arasında imzalanmış nüvə sazişindən və Tehranla Pekin arasında imzlanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”ndən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Prays deyib ki, Amerika nüvə sazişini bərpa etmək üçün avropalı müttəfiqləri ilə müxtəlif seçimləri nəzərdən keçirir və son günlər İran məsələsi ilə bağlı Çinlə də danışıqlar aparıb.


Amerikanın dövlət katibi Antoni Blinken ötən həftə Belçika paytaxtında avropalı müttəfiqlərimizlə keçirdiyi iclaslarda nüvə razılaşmasının bərpa olunması barədəki seçimlər barədə müzakirələr aparıb. Qərara alınıb ki, nüvə sazişinin bərpa olunması işi bir sıra qarşılıqlı və ilk addımlarln atılması yolu ilə aparılsın.


Amerika nüvə sazişinə birgə qayıtmaq prinsipinə hələ də sadiqdir və bu istiqamətdə ən yaxşı variantın seçilməsi üçün danışıqlar da aparılıb.


İranla Çin arasında imzalanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”nə gəldikdə, bildiririk ki, Amerikanın Tehrana qarşı tətbiq etdiyi sanksiyalar hələ də qüvvədədir.  Bu sanksiyalar yalnız diplomatik bir prosesdə aradan qaldırıla bilər. Amerika Birləşmiş Ştatları isə sanksiyalardan yayınmaq istiqamətində edilən hər bir cəhdin qarşısını alacaq.


Bu arada Çin İranın nüvə proqramını məhdudlaşdırmaq üçün bizimlə əməkdaşlıq da edib. Çin 5+1 qrupunun üzvlərindən biridir və Pekin İranın nüvə silahına yiyələnməsini istəmir. Çünki İranın nüvə silahı istehsal etməsi onun regional maraqlarına ziddir və bölgənin sabitliyini poza bilər. Məhz buna görə də, Vaşinqtonla Pekinin bu barədə mövqeyi bir-birinə yaxındır”, -deyə Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda koronavirusdan daha 297 nəfər vəfat edib: Ölənlərin sayı 76 000 nəfəri keçib– RƏSMİ STATİSTİKA

2021-05-13

gun az article

Amerikada “İran fars deyil” müzakirəsi: “Bu konfransı ciddi addım hesab edirəm”-Etibar Məmmədov

2021-05-13

gun az article

İranın Buşehr əyalətində 4,4 bal gücündə zəlzələ olub

2021-05-13

gun az article

Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub

2021-05-13

gun az article

Prezidentliyə namizədliyi qeydə alınmış Əhmədinejaddan xəbərdarlıq: Saxtakarlıq etsələr..." - FOTO

2021-05-13

gun az article

29 ildən sonra Şuşada musiqi bayramı: Qaladan dünyaya verilən mesajlar

2021-05-13

gun az article

İran prezidentliyinə namizəd Qarabağdan danışdı

2021-05-13

gun az article

Ermənilər general Muradovdan şikayətləndi – Sülhməramlılara yeni rəhbər təyin olundu

2021-05-13

gun az article

Ceyhun Bayramov: "Ölkəmizə və dünyamıza sülh, sağlamlıq, bərəkət arzulayıram"

2021-05-13

gun az article

BMT Baş katibi İsrail-Fələstin münaqişəsilə bağlı tərəflərə çağırış edib

2021-05-13

gun az article

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

2021-05-13

gun az article

Şuşada bayram namazı qılınıb-VİDEO

2021-05-13

gun az article

Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib-FOTO

2021-05-13

gun az article

İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib

2021-05-12

gun az article

Mehriban Əliyeva növbəti paylaşım edib: Şuşada atəşfəşanlıq olub

2021-05-12

gun az article

Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib

2021-05-12

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 13 nəfər vəfat edib

2021-05-12

gun az article

Korotçenko: "Lavrov Kremlin müvafiq mesajlarını Yerevana çatdırdı"

2021-05-12

gun az article

Prezident İlham Əliyev: “Bundan sonra biz Şuşada əbədi yaşayacağıq”

2021-05-12

gun az article

Əfqanıstan rəsmisi İranın ikibaşlı siyasətini tənqid edib: “Nala-mıxa vurmağın nəticəsi yoxdur”

2021-05-12