Ned Prays: “İranın MAQATE ilə əməkdaşlıq etməməsindən dərindən nigaranıq”

2021-06-10 11:31

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays iyunun 9-da jurnalistlərə açıqlamasında İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməməsinin ciddi nigaranlıqlara yol açmasından danışıb.

Gunaz.tv Quote | Gunaz article

O deyib ki, İran rejimi özünün elan etmədiyi üç nüvə mərkəzində aşkarlanan uran zərrəcikləri ilə bağlı MAQATE-nin suallarına cavab verməkdən boyun qaçırır.


“İran MAQATE-yə elan olunmamış üç nüvə təsisatında uran və izotopun dəyişdirilmiş hissəciklərinin aşkarlanması ilə bağlı ortaya çıxan suallara hələ də cavab verməyib. Bu isə həm bizi, həm də MAQATE-ni dərindən nigaran edir. Amerika bu sualların cavabını əldə etmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qeossini tam dəstəkləyir.


Hesab edirik ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq etməli, bu işi təxirə salmamalıdır. Bilirik ki, İranla MAQATE rəsmiləri qarşıdan gələn günlər görüşüb bu barədə danışıqlar apara bilərlər. Biz isə bu danışıqları və onun nəticəsini yaxından izləyəcəyik.


İranda keçiriləcək prezident seçkilərinin Vyanada keçirilən nüvə danışıqlarına və onun zaman cədvəlinə təsir edib-etməyəcəyi ilə bağlı suala gəldikdə isə bildirirəm ki, İrandakı seçkilərin Vyanada aparılan danışıqlar prosesinə hər hansı bir təsiri olmayacaq.  


Düşünürəm ki, İranın heç vaxt Amerikanı, İsraili və regionun digər ölkələrini nüvə silahı ilə təhdid etməyəcəyindən əmin olmağın yeganə yolu diplomatiyadır” -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays dünən jurnalistlərə açıqlamasında bildirib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Körfəz Əməkdaşlıq Şurası İranın raket proqramının Vyanada aparılan nüvə danışıqlarında gündəmə gətirilməsini tələb edib

2021-06-17

gun az article

Xamneyi: “İnsanların seçkilərdə iştirak etməməsi xalqın islam respublikası sistemindən uzaqlaşması anlamına gələcək”

2021-06-17

gun az article

Ağdamda itkin düşən şəxsin minaya düşərək öldüyü məlum olub

2021-06-17

gun az article

İranda daha 1 namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina etdi

2021-06-17

gun az article

Azərbaycan pambıq ixracından qazancını 2 dəfədən çox artırıb

2021-06-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri Bakıda Türkiyə-Uels oyununa baxıblar - FOTOLAR, VİDEO

2021-06-16

gun az article

Ermənistanın 1064 hərbçisi müharibədə itkin düşüb

2021-06-17

gun az article

DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydı

2021-06-17

gun az article

Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirib

2021-06-17

gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16