Ned Prays: “İranın rəftarı və hərəkətləri qarşısında səbrimiz hədsiz deyil. Tehrandan konstruktiv təklif gözləyirik”

2021-03-09 14:09

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays martın 8-də jurnalistlərlə görüşündə İranın nüvə fəaliyyətləri sahəsində atdığı yeni addımlardan və problemin danışıqlar yolu ilə həllinin mümkünlüyündən danışıb.

Gunaz.tv Quote | Gunaz article

İranın son vaxtlar uranı zənginləşdirilməklə bağlı fəaliyyətini gücləndirdiyini bildirən Prayd deyib ki, Tehranın nüvə proqramını inkişaf etdirmək üçün atdığı son addımları Qərbin ciddi nigaranlığına səbəb olub: “Bizim, İranın rəftarı və hərəkətləri qarşısında səbrimiz hədsiz deyil. Biz problemin danışıqlar yolu ilə həllinə nail olmaq üçün Tehrandan konstruktiv təklif gözləyirik.


Biz ilk gündən demişik və yenə də inanırıq ki, İranın nüvə proqramının araşdırılmasının ən yaxşı yolu diplomatiyadır. Bir daha təkidlə bildiririk ki, İranın nüvə proqramının hərbi xarakter daşımaması ilə bağlı iddiaların doğruluğu sübuta yetirilməli və İran heç vaxt nüvə silahına yiyələnməməlidir. 


İranın son iki il yarımda atdığı bəzi addımları bizi nigaran edir. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və onun idarə heyəti də bu xüsusda nigaran olduqlarını bildiriblər. Biz isə MAQATE-nin baş direktoruna tam inanırıq və keçmişdə olduğu kimi diplomatiya üçün qapını açıq saxlamışıq. 


Biz tam səmimiyyətlə 5+1 qrupu çərçivəsində məsələ haqda danışıqlar aparılması üçün təklif irəli sürmüşük. Biz həm də İran rəsmilərinin bu barədə müxtəlif fikir və bəyanatlar səsləndirilməsinin də şahidi olmuşuq. Hazırda isə, Tehran tərəfindən konstruktiv təklif irəli sürməsini gözləyirik”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays dünən jurnalistlərlə görüşündə İranın nüvə proqramından danışarkən bəyan edib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanda ictimai nəqliyyat 7 gün işləməyəcək

2021-05-08

gun az article

Vyanada İranla dünya gücləri arasında nüvə danışıqlarının 4-cü raundu başlayıb

2021-05-08

gun az article

İlham Əliyev Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı

2021-05-07

gun az article

Məktəblərdə dərslər qismən bərpa olunur

2021-05-07

gun az article

Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ

2021-05-07

gun az article

Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI

2021-05-08

gun az article

ÜST Çinin “Sinopharm” peyvəndini istifadə üçün təsdiqlədi

2021-05-07

gun az article

Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”

2021-05-07

gun az article

"Qarabağı unudun"-Erməni deputat xalqa çağırış etdi

2021-05-07

gun az article

Bir qrup aparıcı incəsənət xadiminə Prezident mükafatları verilib

2021-05-07

gun az article

Ərdoğan və Lukaşenko arasında telefon danışığı olub

2021-05-07

gun az article

Putinlə Netenyahu Suriyadakı vəziyyəti müzakirə etdilər

2021-05-07

gun az article

Bakıdakı bu küçəyə Polad Həşimovun adı verildi

2021-05-07

gun az article

Azərbaycanda daha 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub

2021-05-07

gun az article

Xalq şairi Musa Yaqub vəfat edib

2021-05-07

gun az article

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

2021-05-07

gun az article

İranın Lamərd şəhərində 3,5 bal gücündə zəlzələ olub

2021-05-07

gun az article

ABŞ və Türkiyə F-35 məsələsinin həlli ilə bağlı dialoqa başlayır

2021-05-07

gun az article

Vətən müharibəsinin şəhid zabiti Əbülfəz Rəhmətov Lerikdə dəfn olunub

2021-05-07

gun az article

İranda koronavirusdan daha 335 nəfər vəfat edib: Ölənlərin sayı 74 000 nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-05-07