Neft sanksiyaları ; Xamenei Amerikanı "təhdid" etdiyi halda, Ruhani müzakirələrə hazır olduqlarını bəyan edib- FOTOLAR

25.04.2019, 00:19

GünAz TV: İran prezidenti Həsən Ruhani “amerikalıların üzr istəyəcəyi və bütün təzyiqləri qaldıracaqları” təqdirdə, rəsmi Vaşinqtonla müzakirələrə hazır olduqlarını deyib.

 

Bu fikirləri aprelin 24-də hökumət kabinetinin toplantısında səsləndirən Ruhani Trampı “qoçuluq” və “yalançılıq”da ittiham edib və mövcud şərtlərlə müzakirələrə başlamağın ölkəsi üçün “zillət” və “təslim olmaq” anlamına gəldiyini bildirib.

 

Qeyd etmək lazımdır ki, aprelin 22-si Ağ Ev İranın neft və qaz sektoruna qarşı tətbiq edilmiş embarqolarda istisna ölkələrə verilmiş 180 günlük vaxtı uzatmayacağı barədə bəyanat yayıb. Beləliklə, mayın 2-dən etibarən istisna 8 ölkə də İrandan neft idxalına davam edəcəyi təqdirdə, Amerikanın sanksiyalarına tuş gələcəklər.

 

ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranla yenidən razılaşma əldə edilməsi üçün bir neçə ay əvvəl 12 şərt irəli sürüb. Bu şərtlərdən bəziləri İranı region ölkələrinin daxili işlərinə qarışmaq və terrorizmə göstərdiyi yardımı kəsməyə çağırır.

Həsən Ruhani sözlərinin davamında Amerikanın İrana qarşı təzyiqlərini “qeyri-qanuni” adlandırıb:

 

“Gərək praktiki olaraq amerikalara səhv etdiklərini, eləcə də hesablamalarının doğru olmadığını sübut edək. Amerikalilar öz səhvlərini anlasa, bundan sonra isə problemləri məntiq və dəlillərə əsaslanaraq həll etmək istəsə, biz müzakirələrə razı olacağıq”

 

Həsən Ruhaninin sözləri İranın Pompeonun şərtlərini qəbul etmədiyi, regionda münaqişələri qızışdırmağa yönəlmiş siyasəti, Bəşər Əsəd hökumətinə, Livan Hizbullahına, İraqın “Həşdəş-Şəbi” yaraqlılarına və husilərə göstərdiyi hərbi və maddi yardımları davam etdirəcəyinə işarədir.

 

Xatırladaq ki, rəsmi Tehran 2011-ci ildən bu günə qədər hər il yalnız Suriyada Bəşər Əsəd hakimiyyətinin qorunub saxlanması üçün illik ən azı 15-20 milyard dollar pul xərcləyib.

 

2018-ci ildə Amerikanın birtərəfli olaraq nüvə razılaşmasından çıxması və İrana qarşı yenidən sanksiyalar qəbul etməsi ölkə iqtisadiyyatını ağır vəziyyətə salıb. Dünya Bankının aprel ayının ortalarında yayımladığı yeni proqnozlara əsasən, cari il İran iqtisadiyyatı inkişaf tempi mənfi 3.8% olmaqla, daha öncələr təxmin ediləndən də artıq kiçiləcək. Beynəlxalq Valyuta Fondunun təqdim etdiyi göstəricilər isə daha bədbindir. Belə ki, Fond 2019-cu ildə İranın iqtisadi inkişafının mənfi 6% təşkil edəcəyini proqnozlaşdırıb.

 

Həsən Ruhani sonda Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının digər ölkələrin İrandan neft alışını dayandırdıqları təqdirdə dünya bazarını qara qızılla təmin edə biləcəkləri ilə bağlı açıqlamalarına kəskin reaksiya verib. Ruhani hətta bu iki ölkənin mövcudluğunun İrandan “asılı” olduğunu iddia edərək, Trampın hakimiyyət müddətinin bitməsindən sonra “baş verə biləcəkləri” nəzərə alaraq, onları İranla “dostluğa” çağırıb.

 

Ruhaninin Amerika ilə müəyyən şərtlər irəli sürərək, danışıqlara hazır olduqlarını bildirməsinə rəğmən, “dini lider” Əli Xamneyi Amerikanı “düşmənlik”də günahlandırıb və rəsmi Vaşinqtonu qarşı “cavad tədbirləri” görməklə “təhdid” edib. Xamneyi həmçinin “sanksiyaların heç bir effekti olmayacağını, İranın ehtiyacı olduğu və ürəyi istədiyi qədər neft ixrac edəcəyini” iddia edib.

 

Lakin “dini lider” ölkəsinin “ürəyi istəyən qədər” nefti hansı üsulla ixracı və bu miqdarın necə təyin ediləcəyi barədə açıqlama verməyib.

 

Ə.A

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Tikantəpədə tarixi abidə məhv olmaq üzrədir-FOTO

2022-07-02

gun az article

Ərdəbildə Babək qurultayı ilə bağlı aksiya keçirilib

2022-07-02

gun az article

Güneydə çəkilmiş türkçə "Dilmanc" filmi Amerikanın “Klermont” film festivalına qatılıb

2022-07-02

gun az article

Milli-mədəni fəal Abdullah Səduqi həbs cəzasına məhkum edilib

2022-07-02

gun az article

Həmədanda 60 heyvan və bitki növünün nəsli kəsilmək üzrədir

2022-07-02

gun az article

Şərqi Azərbaycanda 16 nəfər dəm qazından zəhərlənərək ölüb

2022-07-02

gun az article

“Körpü” proqramında müzakirə: “Güney Azərbaycan Milli Hərəkatı və məsələlər”-VİDEO

2022-07-02

gun az article

43 il həbsə məhkum edilən ərdəbilli məhbusun durumu ağırlaşıb

2022-07-02

gun az article

Bəzz qalasında milli mərasimlər keçirilir-VİDEO

2022-07-01

gun az article

Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-07-01

gun az article

Şərqi Azərbaycanda iqlim dəyişikliyi-Yağıntılar 43 mm azalıb

2022-07-01

gun az article

Kəleybərə xüsusi təyinatlı qüvvələr yerləşdirilib

2022-07-01

gun az article

Ərdəbildə mühüm tikinti layihələri yarımçıq qalıb: Büdcə ayrılmır

2022-07-01

gun az article

Təbriz metrosunda yeni stansiyaların tikintisi yarımçıq qalıb

2022-07-01

gun az article

Güneyli idmançılar Cənubi Koreyada iki medal qazanıb

2022-07-01

gun az article

Həmədanda vacib layihə 18 ildir yarımçıq qalıb

2022-07-01

gun az article

Xalxalda narkomaniya geniş yayılıb

2022-07-01

gun az article

Şərqi Azərbaycan və Tatarıstan arasında əlaqələr genişlənir

2022-07-01

gun az article

Ərdəbilin yüzlərlə kəndində su çatışmazlığı var

2022-07-01

gun az article

Bəzz yürüşünə hazırlaşan milli fəallara təzyiq edilir

2022-07-01