SON XƏBƏRLƏR

Neftin bahalaşması dünyanı üşüdür

2021.10.20, 07:36
Neftin bahalaşması dünyanı üşüdür

Gunaz.tv
Neftin bahalaşması dünyanı üşüdür neftdollar.jpg Sabit Bağırov: "Çox şey ABŞ hökumətindən asılıdır" Ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Beynəlxalq Enerji Toplantısı keçirilib. Toplantıda neftin qiymətinin aşağı salınması müzakirə olunmalı və bununla bağlı vahid strategiya hazırlanmalıydı. Müzakirələrin yekununda OPEK nümayəndələri birgə komnuke imzalayıblar. Sənəddə neftin qiymətlərinin durmadan qalxmasından narahatlıq ifadə olunur. Amma gözlənildiyinin əksinə olaraq, qiymət artımının qarşısının alınması ilə bağlı hər hansı konkret addımların atılmasına dair heç bir bənd göstərilmir. O da məlum olub ki, toplantıda Səudiyyə Ərəbistanı hasilatı davamlı artırmağa hazır olduğunu bildirsə də, digər ərəb ölkələri bu təklifə dəstək verməyiblər. Bu üzdən qiymətləri sabitləşdirmək üçün hansısa ortaq strategiya hazırlamaq mümkün olmayıb. Rəvan Məmmədli Nəzərə çatdıraq ki, hazırda dünya birjalarında neftin bir barrelinin qiyməti 140 dollara yaxındır. Ekspertlərə görə, tezliklə qiymət 156 dolları keçəcək. ABŞ Enerji Nazirliyinin apardığı araşdırmalara görə, neftin qiymətləri son 38 ildə 80 dəfədən çox artıb. Neftin bahalaşmasıyla qlobal iqtisadiyyatın çökməsi prosesi də başlayıb. Bu bahalaşma neft ölkələri üçün ilk baxışda sərfəli görünsə də, qlobal böhran nəticəsində belə ölkələrin də neft gəlirləri onlara kömək etməyəcək. Ekspertlərə görə, neftin bahalaşmasının səbəbi Hindistan və Çin kimi ölkələrin neft və neft məhsullarına tələbatlarının artması və dünyada neft hasilatının artımının o qələr də yüksək olmamasıdır. Rusiyalı ekspert Mixail Krutxin hesab edir ki, burada daha çox siyasi amillər öz rolunu oynayır. İraq müharibəsi, Yaxın Şərqdəki gərginlik, İran ətrafında son zamanlar mürəkkəbləşən situsiya bu sıradadır. Ekspertin fikrincə, ABŞ-ın İrana zərbə endirməsi ehtimalı da çox ciddi faktordur və neft bazarında əsəbləri tarıma çəkir. İrana qarşı hərbi əməliyyatların başlaması isə neftin 1 barrelinin qiymətini fantastik həddə-500 dollara qaldıra bilər. Bəs bütün bunların fonunda dünyada qlobal iqtisadiyyatı çökdürməkdə olan neftin bahalaşmasını dayandırmaq mümkündürmü? İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Sabit Bağırov deyir ki, burada çox şey ABŞ hökumətindən asılıdır. Çünki ən böyük istehlakçı ABŞ-dır. Neftin qiymətinin artması Amerika dollarının qiymətdən düşməsi və spekulyativ əməliyyatlarla əlaqəlidir. Digər tərəfdən, Vaşinqtonun xarici siyasəti, Yaxın Şərqdəki müharibə ocaqları da bu prosesə ciddi təsir göstərib. Belədə Ciddəki Beynəlxalq Enerji Toplantısının proseslərə qlobal təsiri ola bilməz. Sadəcə, bahalaşma prosesinə müəyyən təsir göstərə bilərdi. Onun sözlərinə görə, əgər OPEK ölkələri qərara gəlsəydilər ki, hasilatı böyük miqdarda artıracaqlar, o halda təklifin artması qiymətlərə müəyyən təsir göstərərdi: "Amma bu məsələlərdə əsas oyunçudur". İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri dedi ki, ABŞ-da olan yanacaq ehtiyatları, bu həcmin artması və aşağı düşməsi həmişə dünya bazarında qiymətlərə dərhal təsir göstərib: "Hazırda ABŞ-da ölkənin neft ehtiyatlarının, kontinental şelfin işlənməsi yönündə təkliflər səslənir. Ölkədə təbiətin mühafizəsi məqsədiylə işlənməyən, gələcək nəsillərə saxlanan neft resursları işlənərsə, bu, sözsüz ki, dünya bazarında qiymətlərə ciddi təsir göstərəcək". Bəs dünya bazarında qiymətlərin sabitləşməsində Azərbaycanın rolu nə dərəcədə ola bilər? Qərbdə bir çox ekspertlər düşünürlər ki, yaxın gələcəkdə Azərbaycan və Orta Asiyada neft hasilatının həcmi pik nöqtəyə çatarsa və bu neft həcmləri Bakı-Tiflis-Ceyhan neft kəmərilə Avropa bazarına çıxarılarsa, bu, dünya neft bazarına öz təsirini göstərəcək. Günümüzdə isə bu təsir hələ ki, yetərli səviyyədə deyil. Sabit Bağırov da bildirdi ki, Azərbaycanın hasil etdiyi həcm hələ ki, dünya bazarına çıxarılan neftin 1 faizi qədər də deyil. Neft bazarında böyük oyunçular var. Söhbət OPEK-dən, OPEK-ə daxil olmayan Rusiya və Norveçdən gedir: "Orta Asiyada isə hələ də hasil olunan neftin həcmi böyük səviyyələrə çatmayıb. Ona görə də dünya bazarında onların rolu elə də böyük deyil".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar