SON XƏBƏRLƏR

Nəsim Sadiqi müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Nəsim Sadiqi müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi ağır mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

 

Fəal 10 gün saxlandıqdan sonra oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə girov qoyulduqdan sonra azad edilib.

 

Fəal əslində ötən günlərdə müvəqqəti azadlığa buraxılmalı idi, lakin “Sepah”ın Təhlükəsizlik Bölümü buna mane olub.

 

Nəsim Sadiqi oktyabrın 21-də Təbrizdə saxlanılıb. Təhlükəsizlik qüvvələri fəalı yaxalamaq üçün evə müraciət edən zaman ona məxsus bir çox şəxsi əşya, o cümlədən mobil telefonu, kompüter, kitab və əlyazmaları özləri ilə götürüblər.

 

Azərbaycanlı fəal oktyabrın 30-da oğlu Peyman Əmanətlə qısa telefon əlaqəsi saxlayaraq təcridxanada işgəncəyə məruz qaldığını bildirmişdir.

 

Fəalın yaxınlarının dediyinə görə, o dindirilmə zamanı işgəncə edilib. Ondan istənilib ki, irəli sürülən ittihamlara etiraf etsin, əks halda oğlu Peyman Əmanət və bacısı Fəhimə Sadiqi də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılacaq.

 

Nəsim Sadiqi ağır vəziyyətdə və işgəncələr altında saxlanılmasına etiraz olaraq Ettelaat İdarəsinin təcridxanasında 3 gün quru aclıq aksiyası keçirib. O işgəncələr dayandırılana və təknəfərlik kameradan çıxarılana qədər aksiyaya davam edəcəyini açıqlamışdır. Fəal Təbrizin Mərkəzi Zindanına intiqal edildikdən sonra oktyabrın 27-də aclıq aksiyasını dayandırıb.

 

Nəsim Sadiqi oktyabrın 29-da Təbrizin Beheşti İnqilab Məhkəməsinin 19-cu Şöbəsinə aparılıb. Məhkəmədə fəala sistemin əleyinə təbliğat aparmaq, milli təhlükəsizliyi pozmağa cəhd göstərmək və virtual aləmdə islam cümhuriyyətinin əleyhinə xəbər yaymaqda ittiham olunduğu bildirilib. Bundan əlavə fəalın barəsində çıxarılan mülki vəsiqə qərarının məbləği artırılıb və yekun olaraq 150 milyon tümənlik vəsiqə qərarı çıxarılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar