SON XƏBƏRLƏR

Netanyahu Amerikanın İranla bağlı siyasətini dəstəkləyib

2021.10.20, 07:36
Netanyahu Amerikanın İranla bağlı siyasətini dəstəkləyib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Mayk Pompeonun (Mike Pompeo) İranla əlaqədar söylədiklərindən sonra İsrailin baş naziri  Binyamin Netanyahu da bu barədə yazılı açıqlama verdi.

 

Netanyahu Tehranın Orta Şərqdə təcavüzün zirvəsində olduğunu vurğulayaraq Vaşinqtonun doğru siyasət yürütdüyünü bildirdi.

 

Netanyahu bunları qeyd etdi: "İran bizim aşkar etdiyimiz kimi fərqli yollarla silah əldə etməyə çalışır. İranın uran istehsalını dayandırmaq, İrana qarşı sərt sanksiyalar tətbiq etmək və Suriyadan çıxmasını tələb etmək. Bunların bölgədə sülhü təmin eədə biləcək yeganə doğru siyasət olduğuna inanırıq".

 

Qeyd edək ki, ABŞ dövlət katibi Pompeo ABŞ-ın İrana olan tələblər siyahısını açıqlayaraq, İrana qarşı indiyədək görünməmiş maliyyə təzyiqinin və tarixin ən güclü sanksiyasının tətbiq olunacağını bildirib. TRT

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar