SON XƏBƏRLƏR

Netanyahu Avropanın 3 aviasiya şirkətinin İranla əməkdaşlığını dayandırmasını müsbət qiymətləndirib

2021.10.20, 07:36
Netanyahu Avropanın 3 aviasiya şirkətinin İranla əməkdaşlığını dayandırmasını müsbət qiymətləndirib

Gunaz.tv

GünAzTV: Avqustun 24-də Litvaya səfər edən İsrailin baş naziri Benyamin Netanyahu Avropanın üç aviasiya şirkəti, “British Airways”, “Air France” və Hollandiyanın “KLM” şirkətinin İranla əməkdaşlığını dayandırmasını müsbət qiymətləndirib.

 

Litva rəhbərləri ilə görüşündən sonra jurnalistlərə açıqlama verən Netanyahu, dünyanın digər ölkələrinin aviaşirkətlərini də eyni addımı atmağa və İrana uçuşları dayandırmağa çağırıb: “Bu gün mənə xəbər verdilər ki, British Airways”, “Air France” və “KLM” aviaşirkətləri İrana reysləri dayandırıblar. Bu çox yaxşı xəbərdir. Hesab edirəm ki, digər şirkətlər də eyni addımı atmalı, İran qarşısında belə bir siyasət yürütməlidirlər. Bu isə, İranın bölgədə yürütdüyü təcavüzkar siyasətinin və onun beynəlxalq terrorizmə dəstəyinin qarşısını almaq üçün vacib addımdır. Çünki, İranı bu kimi əməllərinə görə mükafatlandırmaq olmaz”.

 

Xatırladaq ki, avqustun 23-də “British Airways”, “Air France” və “KLM” aviaşirkətləri ayrı-ayrılıqda bəyanatlar yayaraq İrana reysləri dayandırmaq qərarına gəldiklərini bildiriblər. Hər üç şirkət, bunu İrana uçuşların sərfəli olmaması və bir sıra iqtisadi problemlərin mövcud olması ilə əlaqələndiriblər.

 

 

Qeyd edək ki, Amerikanın Tehrana qarşı geniş sanksiyalar tətbiq eməsinə başlamasından və İranla əməkdaşlıq edən xarici şirkətlərə xəbərdarlığından sonra, dünyanın onlarla aparıcı şirkəti Tehranla birgə əməkdaşlığa dair bağladıqları müqavilələri ləğv edərək İranla əməkdaşlıqlarına son qoyublar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar