Netanyahu Azərbaycanda Rusiyanı da hərəkətə gətirdi - TƏHLİL

2016-12-15 14:27

GünAz TV: Bu barədə "Atlas" araşdırmalar mərkəzi (rəhbəri politoloq Elxan Şahinoğlu) musavat.com saytı üçün analitik yazı hazırlayıb:

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri İranın siyasi və dini dairələrində açıq-aşkar narahatlıq yaratdı. İrandan başqa Rusiya da İsrail baş nazirinin Azərbaycana səfərini diqqətlə izlədi. Doğrudur, İrandan fərqli olaraq Rusiyanın İsraillə tərəfdaşlıq münasibətləri var. Netanyahu Bakıya gəldiyi kimi, Moskvaya da səfərlər edir, rusiyalı həmkarı ilə geniş dialoq aparır.

 

Buna baxmayaraq, Netanyahunun Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etdiyi iki mövzu Kremli narahat etməyə bilməzdi.

 

Birinci mövzu İsraillə Azərbaycan arasında artan hərbi əməkdaşlıqdır. İlham Əliyev Benyamin Netanyahu ilə görüşdə ilk dəfə İsraillə hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqladı. İki ölkə arasında 5 milyard dolarlıq hərbi əməkdaşlıq sazişi qüvvədədir.

 

Rusiya Ermənistanda “İsgəndər” raketlərini yerləşdirdikdən sonra rəsmi Bakı tərəfdaş ölkələr olan Pakistan və İsraillə hərbi əməkdaşlığı genişləndirmək üçün danışıqları intensivləşdirib. Azərbaycana “İsgəndər” raketlərini neytrallaşdırmağa imkan verən qoruyucu müdafiə sistemlərinə ehtiyacı yaranıb və rəsmi Bakı bu tip silahları ya Pakistandan, ya da İsraildən ala bilər. Hər iki dövlət Azərbaycana yeni növ hərbi texnika satmaqda maraqlıdır.

Hadisələrin bu istiqamətdə inkişafı isə Moskvanı narahat etməlidir.

Birincisi, Rusiya Azərbaycanın silah bazarını özü üçün itirə bilər. Məsələ burasındadır ki, Azərbaycan təxminən 5 milyard dollarlıq silah və hərbi texnikanı da Rusiyadan alıb. Ancaq “İsgəndər” raketlərinin Ermənistanda yerləşdirilməsi rəsmi Bakını Rusiyadan narazı salıb və mümkündür ki, Azərbaycan Rusiyadan ala biləcəyi hərbi texnikanı başqa ölkələrdən alsın.

 

İkincisi, Rusiya Azərbaycan bazarını itirmək istəmir. Ona görə də Azərbaycanın İsraildən modern hərbi texnika alması Kremldə təbii narahatlıq yarada bilər. Məsələn, Azərbaycan İsraildən “İsgəndər” raketlərini üstələyən müdafiə kompleksi alsa, bu Rusiyanın hərbi-sənaye kompleksinin nüfuzuna xələl gətirəcək. Çünki, “İsgəndər” raketlərinin İsrailin üstün müdafiə kompleksindən geri qaldığı və Azərbaycana təhlükə yaratmayacağı aşkarlanacaq. Halbuki, Rusiya “İsgəndər” raketlərini Ermənistana məhz ona görə verdi ki, bölgədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasının qarşısını alsın. İndi isə bəlli olacaq ki, əslində Moskva bu addımı ilə əks-nəticə ilə üzləşəcək. Ermənistana “İsgəndər” raketlərinin verilməsinin Moskvanın strateji səhvi olduğu aşkarlanacaq.

 

Təsadüfi deyil ki, Benyamin Netanyahudan dərhal sonra Kreml öz emissarını Bakıya göndərir. Rusiya baş nazirinin müavini Dmitri Roqozin yaxın günlərdə Bakıya səfər edəcək. Dmitri Roqozin Rusiya hökumətində hərbi-sənaye kompleksinə məsuldur. Roqozin bu vəzifədə olduğu dövrdə ölkəsinə çox xeyir verib, məhz onun səyləri sayəsində Rusiya müxtəlif ölkələrə on milyardlarla dolar dəyərində hərbi texnika satıb. Azərbaycanın Rusiyadan milyardlarla dollar dəyərində silah almasında da Roqozinin xidməti var. Roqozin az qala ilboyu bir neçə dəfə Bakıya gəlir və iki ölkə arasındakı hərbi əməkdaşlığın inkişafını müzakirə edir. Ancaq Roqozinin Bakıya budəfəki səfəri fərqlidir. Onun Bakıda əsasən iki  sual ətrafında müzakirələr aparacağı şəksizdir.

 

Birinci sual:Rusiya Ermənistanda yerləşdirdiyi “İsgəndər” raketlərini Azərbaycana satmağa hazırdırmı?

İkinci sual: Rəsmi Bakı İsraildən hansı silahlar almaq istəyir ki, onu Rusiya Azərbaycana sata bilər?

 

Əgər birinci suala Roqozin cavab verməlidirsə, ikinci sual rəsmi Bakıya ünvanlanacaq.

Dmitri Roqozin ölkəsinin Azərbaycana daha çox silah satmasını istəyir və bu zaman onu rəsmi İrəvanın mövqeyi maraqlandırmır. Rəsmi İrəvan Rusiya-Azərbaycan hərbi əməkdaşlığından narahat olanda Roqozinin buna “twitter” səhifəsindən cavabı qısa olmuşdu: “Demaqogiya ilə məşğul olmayın!” Ancaq “İsgəndər” raketlərinin Azərbaycana satılması yalnız Roqozindən asılı olan məsələ deyil. Bununla bağlı Rusiya hakimiyyətinin kollektiv qərarına ehtiyac var. Rusiyanın iki variantı var. Birinci variantda Rusiya Azərbaycana “İsgəndər” raketlərini satmır və rəsmi Bakı bu tip raketləri başqa ölkələrdən alır və gəlir də həmin ölkərə çatır. İkinci variantda Rusiya “İsgəndər” raketlərini Azərbaycana satır və Azərbaycanın hərbi bazarında mövqelərini yenidən möhkəmləndirir. Məntiqlə Moskva ikinci varianta üstünlük verməlidir. Ancaq bu halda Rusiya hərbi-strateji müttəfiqi Ermənistanı narazı salmalıdır. Rusiya buna hazırdırmı? Bu sualın cavabı yaxın günlərdə bəlli olacaq. Çünki, rəsmi Bakı Rusiyanın Azərbaycana “İsgəndər” raketlərini satıb-satmamasıyla bağlı cavabını çox gözləməyəcək.

 

Kremli Netanyahunun Bakıda müzakirə etdiyi ikinci mövzu da narahat etməmiş deyil. Netanyahu Bakıda dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında tikilən boru xətləri üzərindən Avropaya daşımaq istəyir. Əgər bu reallaşarsa TAP və TANAP boru xətləri Rusiyanın inşasına başlamağa hazırlaşdığı “Türk axını”na ciddi alternativ olacaq. Onsuz da Qərb ölkələri Rusiyanın qaz asılılığını azaltmaq üçün Azərbaycan qazına üstünlük verirlər. Ancaq Azərbaycanın qaz rezervləri azdır, Rusiya qazına real alternativ deyil. Buna baxmayaraq, əgər İsrail zəngin qaz yataqlarını da TAP və TANAP istiqamətləndirərsə, Azərbaycanla Türkiyənin birgə inşa etdikləri boru xətləri kifayət qədər qazla doldurulacaq.

 

Kreml Xəzərin dibi ilə boru xəttinin inşasına və Türkmənistan qazının bu boru xətti ilə Azərbaycan və Türkiyə üzərindən Avropaya nəqlinə mane oldu. Ancaq İsrail qazının Azərbaycan və Türkiyə üzərindən Avropa bazarına çatdırılmasına mane olmaq Rusiyanın imkanı xaricindədir.

“Atlas” araşdırmalar mərkəzi

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda koronavirusdan daha 395 nəfər ölüb, 25 492 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-04-20

gun az article

Fəxrəddin Altun: “Siyasi liderlərin qondarma “erməni soyqırımı” ilə bağlı dediklərinin önəmi yoxdur”

2021-04-20

gun az article

Məhəmmədrza Fəllahzadə “Sepah”ın “Qüds” briqadası komandanının müavini vəzifəsinə təyin edilib

2021-04-20

gun az article

Prezident İlham Əliyev Hacıqabulda pambıq tarlasında səpin prosesini izləyib

2021-04-20

gun az article

İlon Mask “Tesla” qəzasından sonra 5 milyard dollar itirib

2021-04-20

gun az article

İranın kəşfiyyat (ETTELAAT) naziri koronavirusa yoluxub

2021-04-20

gun az article

Angela Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"

2021-04-20

gun az article

Paşinyan iki nazir müavinini qovdu

2021-04-20

gun az article

ABŞ-ın Moskvadakı səfiri məsləhətləşmələr üçün Vaşinqtona gedir

2021-04-20

gun az article

AFFA bəyanat yaydı: "Separatçılığı şiddətlə qınayırıq"

2021-04-20

gun az article

Azərbaycana turist axını 4 dəfədən çox azalıb

2021-04-20

gun az article

Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib

2021-04-20

gun az article

Rusiyadan təhlükəli ssenari: “Bu sənəd SSRİ-nın “xortlaması”nın təməli ola bilər”

2021-04-20

gun az article

Gürcüstanda koronavirusa yoluxanların sayı 297 mini keçib

2021-04-20

gun az article

Trampdan ABŞ-ı gözləyən təhlükələrlə bağlı XƏBƏRDARLIQ: “Çox pis şeylər olacaq”

2021-04-20

gun az article

Merkelin partiyası kansler vəzifəsinə namizəd seçib

2021-04-20

gun az article

"Real", "Barselona" və "Atletiko" La Liqada çıxışını davam etdirəcək

2021-04-20

gun az article

Ukraynalı deputatlar Zelenskini Rusiya ilə əlaqələri kəsməyə çağırdılar

2021-04-20

gun az article

Qarabağda daha bir erməni hərbçisinin qalıqları tapıldı

2021-04-20

gun az article

İrəvanda xüsusi əməliyyat

2021-04-20