SON XƏBƏRLƏR

Netanyahu: “Biz bütün regionda, o cümlədən də İraqda İrana qarşı hərəkətə keçəcəyik”

2021.10.20, 07:36
Netanyahu: “Biz bütün regionda, o cümlədən də İraqda İrana qarşı hərəkətə keçəcəyik”

Gunaz.tv

GünazTV: İsrailin baş naziri Benyamin Netanyahu avqustun 22-də ölkəsinin mühacir ruslara məxsus “Şəbəkə 9” telekanalına açıqlamasında İranın bütün bölgədə hədəfə alınmasından danışıb.

 

O deyib ki, İsrail bütün regionda, o cümlədən də İraqda İranın hərbi qüvvələrinə və onların silah anbarlarına qarşı hərəkətə keçəcək: “İran İsrailin məhv olunmasını öz bayrağı üzərində həkk edib. Biz bir çox sahələrdə bizim məhvimizi arzulayan bir ölkə qarşısında hərəkətə keçmişik. Mən İsrail ordusuna bu baxımdan tam səlahiyyət vermişəm və təhlükəsizlik qüvvələrimizə də göstəriş vermişəm ki, İranın məkrli planlarını zərərsizləşdirmək üçün əllərindən gələni etsinlər və lazım bildikləri addımı atsınlar” –deyə İsrailin baş naziri Benyamin Netanyahu əlavə edib.

 

Qeyd edək ki, son həftələr İsrailin hava qüvvələri İranın İraqda yaradıb dəstəklədiyi “Həşdəş-şəəbi” yaraqlılarının, eləcə də “Sepah”ın silah anbarlarına hava zərbələri endiriblər. Bağdadın şimal və cənubunda, Səlahəddin əyalətində və digər bölgələrdə həyata keçirilən raket hücumları nəticəsində dəstəklədiyi “Həşdəş-şəəbi”yə və “Sepah”a məxsus silah anbarları məhv edilib, “Sepah”çılar daxil olmaqla onlarla insan ölüb və ya yaralanıb.

 

“Sepah” terror təşkilatının rəsmiləri İsrailin hava zərbələri ilə bağlı yayılan məlumatlara hər hansı bir reaksiya verməkdən imtina edərək susmağa üstünlük veriblər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar