SON XƏBƏRLƏR

Netanyahu: “Biz İran millətinin yanındayıq”

2021.10.20, 07:36
Netanyahu: “Biz İran millətinin yanındayıq”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu avqustun 20-də bu ölkəyə səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşündən sonra jurnalistlərə açıqlamasında İran rejimindən və ona qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan danışıb.

 

Netanyahu bildirib ki, Tel-Əviv islam respublikasına müxalif olan İran millətini dəstəkləyir və onun yanında durur: “İran milləti bilməlidir ki, bizim apardığımız mübarizə onlara qarşı yox, onları əzib repressiyalara məruz qoyan, başıaçıq qadınları həbsə salan, homoseksualları ictimaiyyət qarşısında edam edən və milyonlarla iranlının azadlığa qovuşmasının qarşısını alan rəhmsiz bir rejimin əleyhinədir. İranlıların isə bunu bilməsi çox önəmlidir.

 

İranın region ölkələrinin daxili işlərinə müdaxiləsinə gəlincə, hesab edirəm ki, Vaşinqton və Tel-Əviv İran və Suriya məsələsində öz mövqelərini bir-biri ilə daha çox koordinasiya etməli, digər ölkələr isə, o cümlədən region ölkələri də Amerika kimi İrana qarşı sanksiyalar qoymalıdırlar”.

 

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da jurnalistlərlə görüşündə İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaların əhəmiyyətindən danışıb: “İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq, Amerikanın çox mühüm prioritet məsələlərindən biri sayılır. Elə buna görə də, hazırda biz Avropanı İrana qarşı daha ciddi addımlar atmaq üçün qane etməyə çalışırıq”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar