SON XƏBƏRLƏR

Netanyahu: “İran bizim “Abadə” nüvə təsisatı haqqında məlumat əldə etdiyimizi bilən kimi həmin mərkəzi məhv edib”

2021.10.20, 07:36
Netanyahu: “İran bizim “Abadə” nüvə təsisatı haqqında məlumat əldə etdiyimizi bilən kimi həmin mərkəzi məhv edib”

Gunaz.tv

GünazTV: İsrailin baş naziri Benyamin Netanyahu sentyabrın 9-da bu ölkənin Xarici İşlər Nazirliyində çıxış edərək İranın İsfahan əyalətinin cənubunda yerləşən “Abadə” şəhərində gizli fəaliyyət göstərmiş nüvə təsisatından danışıb.

 

Netanyahu deyib ki, Tel-Əviv “Abadə” nüvə təsisatı haqqında ilk dəfə İsrail kəşfiyyatının ötən il Tehranın ətrafında yerləşən Şurabad sənaye məntəqəsindəki bir mərkəzdən İranın nüvə fəaliyyəti ilə bağlı külli miqdarda gizli sənəd əldə etməsindən sonra xəbərdar olub: “Həmin sənədlər İsrailə gətirilib araşdırıldıqdan sonra “Abadə” nüvə təsisatı və onun fəaliyyəti bizə aşkarlandı. Lakin İran rejimi bizim “Abadə” nüvə təsisatı haqqında məlumat əldə etdiyimizi bilən kimi həmin mərkəzi məhv etdi və onun izlərini silməyə çalışdı.

 

Əldə etdiyimiz məlumata əsasən, İran rejimi “Abadə” nüvə təsisatında hərbi məqsədlərlə nüvə silahlarının inkişafı ilə bağlı bir sıra sınaqlar həyata keçirib. Mən isə üzümü İran diktatorluğuna tutub deyirəm: Bilin ki, biz sizi hər yerdə izləyirik və sizin nə zaman, harda və nə işlə məşğul olmağınızdan xəbərimiz var” –deyə İsrailin baş naziri Benyamin Netanyahu əlavə edib.

 

 

Netanyahu həmçinin öz çıxışı zamanı İsfahanın cənubunda yerləşən İranın “Abadə” nüvə təsisatının səmadan çəkilmiş şəkilləri də nümayiş etdirib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar