SON XƏBƏRLƏR

Netanyahu: “İran dünya birliyinə yalan danışıb. Tehran, nüvə silahı istehsalı ilə bağlı gizli proqramını davam etdirir” - FOTOLAR və VİDEO

2021.10.20, 07:36
Netanyahu: “İran dünya birliyinə yalan danışıb. Tehran, nüvə silahı istehsalı ilə bağlı gizli proqramını davam etdirir” - FOTOLAR və VİDEO

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahi aprelin 30-u axşam saatlarında Müdafiə Nazirliyinin binasında media nümayəndələrinin qarşısına çıxaraq, İranın nüvə silahı isehsalı ilə bağlı gizli proqramını “sənədlər”lə ifşa edib.

 

Netanyahunun ifşaedici bəyanatı, yerli televiziya kanalları vasitəsilə canlı olaraq yayılıb.

 

İranı, nüvə proqramı ilə bağlı dünya birliyini aldatmaqda və hamıya yalan danışmaqda günahlandıran Netanyahu bildirib ki, İsrail kəşfiyyatı son vaxtlar keçirdiyi xüsusi bir əməliyyatda, İranın nüvə arxivinə məxsus yarımtonluq gizli sənədləri ələ keçirib: “Keçirilən əməliyyat nəticəsində İranın nüvə silahı istehsalına cəhdini sübut edən “Emad” adlı layihəsinə aid 55 min səhifədən ibarət sənədlər, 55 min fayl və 183 ədəd kompakt-disk ələ keçirilib. Sənədlər sübut edir ki, Qərblə Tehran arasında nüvə sazişi  bağlanmasına baxmayaraq, İran nüvə fəaliyyətini gizli şəkildə davam etdirir.

 

 

Netanyahu, İranın nüvə silahı istehsalına cəhd göstərməsini sübut edən sənədlərin necə əldə olunmasına aydınlıq gətirməsə də, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif jurnalistlərə açıqlamasında İsrailin baş nazirinin bu addımını gülünc adlandırıb. O bildirib ki, İsrailin rəsmi Tehrana qarşı irəli sürdüyü ittihamlar, əvvəlki təkrar iddialardan başqa bir şey deyil.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar