SON XƏBƏRLƏR

Netanyahu: “İran rejimi bir çox cəbhədə İsrailə qarşı terror hücumları planlaşdırır”

2021.10.20, 07:36
Netanyahu: “İran rejimi bir çox cəbhədə İsrailə qarşı terror hücumları planlaşdırır”

Gunaz.tv

GünAz TV: İsrailin baş naziri Benyamin Netanyahu Suriya və İraqda İranın dəstəklədiyi şiə yaraqlılarına qarşı keçirilmiş hava hücumları və ölkəsinin Beyrutun cənubunda pilotsuz uçan aparatlarla kəşfiyyat uçuşları həyata keçirməsinə münasibət bildirib.

 

“Twitter”də yazdığı statusda Netanyahu bildirib ki, İsrail öz təhlükəsizliyini hər bir zəruri yoldan istifadə etməklə, qoruyacaq.

 

Baş nazir həmçinin İranın bir çox cəbhədə İsrailə qarşı böyük terror hücumları həyata keçirmək üçün çalışdığını deyib.

 

Netanyahu həmçinin beynəlxalq ictimaiyyəti İranın terrorist fəaliyyətini dayandırmaq üçün tədbirlər görməyə çağırıb.

 

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pens də İsrailin son hücumlarına münasibət bildirərkən rəsmi Tel-Əvivin özünü qorumaq haqqı olduğunu bildirmişdi.

 

Qeyd etmək lazımdır ki, son günlər ərzində İraqda “Həşdəş-Şəbi” yaraqlılarına qarşı bir neçə dəfə PUA-lardan hava zərbələri endirilib və bu hücumların İsrail tərəfindən həyata keçirildiyi deyilir. Eləcə də, bir neçə gün öncə İsrail Suriyada “SEPAH” terror təşkilatına məxsus hədəfləri məhv etmişdi.

 

İraqdakı hücumlardan sonra Netanyahu bildirmişdi ki, İsrail İrana heç bir yerdə ölkəsini təhdid etməsinə imkan verməyəcək. O, həmçinin İsrail təhlükəsizlik qüvvələrinə hər bir yerdə İran təhdidini aradan qaldırmaq üçün icazə olmadan belə, addım atmağa imkan verdiyini demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar