İsrailin baş naziri Benyamin Netanyahu aprelin 7-də mediaya açıqlamasında dünya fövqəldövlətləri ilə İran arasında imzalanmış nüvə sazişini yenidən canlandırmaq məqsədilə rəsmi Tehranla Vyadanada aparılan danışıqların səmərəsizliyindən danışıb.
Gunaz.tv
O deyib ki, İsrail tarixi təcrübələrə söykənərək hesab edir ki, İran İslam Respublikası kimi radikal və ekstremist bir ölkə ilə bağlanan hər bir müavilə və ya əldə edilən hər hansı bir razılaşma regionda sülhə xidmət etməyəcək.
“Biz ən yaxın dost və müttəfiqlərimizə xəbərdarlıq edərək bildiririk ki, İranla əldə edilən hər bir razılaşma tamamilə dəyərsizdir. Bizi məhv etməklə təhdid edən bir razılaşma qəbuledilməzdir və belə bir saziş bizim üzərimizə hər hansı bir öhdəlik qomur.
Tarix bizə öyrədib ki, ekstremist ölkələrlə bağlanan bu kimi müqavilələrin heç bir dəyəri və əhəmiyyəti yoxdur. Biz, yalnız üzərimizə düşən bir öhdəliyə sadiq qalacağıq. O da budur ki, biz İsraili və bizi məhv etmək niyyətində olanlara öz məkrli planlarını həyata keçirməyə imkan verməyəcəyik”, -deyə İsrilin baş naziri Benyamin Netanyahu bildirib.
Qeyd edək ki, bir neçə gündür Vyanada nüvə razılaşmasını yenidən canlandırmaq və Amerikanın nüvə sazişinə qayıtması üçün Rusiya, Çin, Britaniya və Fransa ilə İran arasında danışıqlar aparılsa da, müzakirələrin detalları mediaya çıqlanmayıb.
A.M