SON XƏBƏRLƏR

Netanyahu: “İsrailin varlığı təhlükəyə düşsə İrana hücum edəcəyik”

2021.10.20, 07:36
Netanyahu: “İsrailin varlığı təhlükəyə düşsə İrana hücum edəcəyik”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanhahu dekabrın 13-də jurnalistlərlə görüşərək, hökumətinin qırmızı xəttindən və İranın Tel-Əvivə qarşı təhdidindən danışıb.

 

Netanyahu bildirib ki, İsrailin mövcudluğu onun hökumətinin qırmızı xətti sayılır və İran tərəfindən ölkəsinə qarşı gələn hər bir təhdidə kəskin cavab verəcək: “İran rejimi bu qırmızı xətti keçərsə və İsrailin varlığı təhlükəyə düşərsə, biz İranın daxilindəki müəyyən hədəflərə hücum edəcəyik və buna artıq hazırıq. Biz, Yəhud ölkəsini məhv etmək istəyən İran rejimi qarşısında özümüzü və İsraili qorumaq üçün əlimizdən gələni edəcək, istənilən addımı atacağıq.

 

Mən, İsraili müdafiə etmək üçün heç bir seçimdən vaz keçməyəcəyəm. Suriyada İran qüvvələri ilə birbaşa qarşı-qarşıya gələn və onun qarşısını alan yeganə ölkə, İsrail və onun ordusudur. Hesab edirəm ki, İsrailin varlığını təhdid edən ən böyük təhlükə İrandır. Məhz buna görə də düşünürəm ki, onun qarşısı alınmalıdır.

 

Son vaxtlar İranın regionda yürütdüyü hücumçu siyasəti və bölgədə dini ekstremizmi yayması, vaxtilə özlərini bizim düşmənimiz sayan ərəb ölkələrini İsrailə yaxınlaşdırıb. Ərəb ölkələri artıq başa düşüblər ki, İsrail onların düşməni yox, onlara zəruri bir tərəfdaşdır”.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar