SON XƏBƏRLƏR

Netanyahu Putinə: “İranın Suriya torpaqlarından bizi təhdid etməsi qəbul edilə bilməz”

2021.10.20, 07:36
Netanyahu Putinə: “İranın Suriya torpaqlarından bizi təhdid etməsi qəbul edilə bilməz”

Gunaz.tv

GünazTV: İsrail Baş naziri Benyamin Netanyahu, Rusiya dövlət başçısı Vladimir Putinə, ölkəsinin Suriya torpaqlarını istifadə edən İranın təhdidlərinə dözməyəcəyini söyləyib.

 

İsraildə keçiriləcək seçkidən öncə Rusiyaya səfər edən Netanyahu, Soçi şəhərində bir araya gəldiyi Putinlə Suriya və bölgədəki son vəziyyəti müzakirə edib. Putin yığıncaqda Rusiya ilə İsrail arasındakı hərbi və təhlükəsizlik əməkdaşlığından danışıb. Netanyahu isə Suriya torpaqlarından ölkəsinə yönələcək İran təhdidlərini əsas müzakirə mövzusu edib.

 

Netanyahu, Rusiyaya səfərindən əvvəl Tel-Əvivdəki havalimanında etdiyi açıqlamada, Amerika prezidenti Donald Trampın İran üzərindəki təzyiqini davam etdirəcəyindən əmin olduğunu söyləyib. Vaşinqtonun İrana istiqamətli sanksiyaları yumşalda biləcəyi iddialarının gündəmə gəldiyi bir vaxtda Netanyahu, Tehrana istiqamətli təzyiqlərin davam etməsi mövzusunda "davamlı olaraq" Tramp və adminstrasiyası ilə ünsiyyətdə olduqlarını ifadə edib.

 

Amerika mətbuatında yer alan xəbərdə Trampın, Fransanın İranı nüvə razılaşmasında tutmaq üçün təqdim etdiyi Avropadan Tehrana 15 milyard dollarlıq kredit təklifinə isti baxdığı iddia edilmişdi. Tramp, bazar ertəsi günü etdiyi şərhdə, "İran prezidenti Həsən Ruhani ilə görüş mövzusunda bir problemim yoxdur" ifadəsini istifadə etmiş, Amerika Xarici İşlər Naziri Mayk Pompeo da Trampın heç bir ön şərt olmadan Ruhani ilə görüşməyə hazır olduğunu söyləmişdi.

 

R.X

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar