SON XƏBƏRLƏR

Netanyahu Putinlə görüşdə: “Suriyada İranın hərbi varlığına qarşı əməliyyatlarımızı davam etdirəcəyik”

2021.10.20, 07:36
Netanyahu Putinlə görüşdə: “Suriyada İranın hərbi varlığına qarşı əməliyyatlarımızı davam etdirəcəyik”

Gunaz.tv

GünazTV: Fevralın 27-də Moskvaya səfər edən İsrailin baş naziri Benyamin Netanyahu, Rusiya prezidenti Vladimir Putinlə görüşdə İranın Suriyadakı hərbi varlığından və rəsmi Tehranın region ölkələrinə qarşı təhdidindən danışıb.

 

Netanyahu bildirib ki, Suriyada İranın hərbi varlığını və onun bölgədə apardığı dağıdıcı fəaliyyətini nəzarətdə saxlamaq üçün İsraillə Rusiya ordularının bəzi məsələləri bir-biri ilə koordinasiya etməsini vacib sayır: “Düşünürəm ki, bizim birbaşa əlaqələrimiz, Suriyada ordularımızın üz-üzə gəlməsinin qarşısını aldı və bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına yardım etdi.

 

Hesab edirik ki, İran və onun müttəfiqləri bölgənin təhlükəsizliyinə və onun sabitliyinə qarşı ən böyük təhdiddir və biz Suriyada İranın hərbi varlığını möhkəmləndirməsinə qarşı əməliyyatlarımızı davam etdirəcəyik”.

 

 

Jurnalistlərin kameraları qarşısında keçirilən görüşdə, Rusiya prezidenti Putin, ölkəsinin məsələ ilə bağlı mövqeyini açıq şəkildə şərh etməkdən imtina edərək, Sovet İttifaqının 70 il əvvəl İsrailin yaranmasında oynadığı rolunu xatırlatmaqla kifayətlənib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar