SON XƏBƏRLƏR

Netanyahu: “Qırıcılarımızın Suriyada həyata keçirdiyi hava hücumlarında əsasən İran hərbi qüvvələri hədəfə alınıb”

2021.10.20, 07:36
Netanyahu: “Qırıcılarımızın Suriyada həyata keçirdiyi hava hücumlarında əsasən İran hərbi qüvvələri hədəfə alınıb”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 21-də ölkənin cənubunda tiklimiş yeni bir hava limanının açılış mərasimində çıxış edərək, Suriyada ölkəsinə qarşı apardığı təxribat xarakterli əməllərinə görə İrana kəskin xəbərdarlıq edib.

 

İsrail qırıcılarının son iki gündə Suriyada “Sepah” və “Hizbullah” qüvvələrinə qarşı həyata keçirdiyi hava zərbələrinə toxunan Netanyahu bildirib ki, ölkəsi İsraili təhdid etmək istəyən hər bir kəsə kəskin cavab verəcək: “Hazırda bizim hərbi əməliyyatlarımız həm İrana, həm də onunla tərəfdaş olan Suriya qüvvələrinə qarşı aparılır. Biz, isə İsrailə ziyan vurmağa cəhd göstərənlərə layiqli zərbə endiririk. Hesab edirik ki, bizi təhdid edən və məhvimizi istəyənlər, etdikləri təhdidlərə görə cavabdeh olacaqlar.

 

İranın Suriyadakı qüvvələrinin ölkəmizə qarşı bir raket buraxmasına cavab olaraq, İsrail hava qüvvələri ötən gecə İranın Suriyadakı hərbi qüvvələrinə sarsıdıcı bir zərbə endirdi. İsrail düşmənləri, o cümlədən də İran bilməlidir ki, biz onların ölkəmizə qarşı bu kimi düşmən hərəkətlərini cavabsız  qoymayacağıq”.

 

Xatırladaq ki, yanvarin 20-si və 21-də İsrail qırıcıları Suriyada “Sepah”ın “Qüds” qanadının hərbi mövqelərinə yenidən hava zərbələri endirib.  Bu barədə, İsrail ordusu bəyanat yayıb. Bəyanatda bildirilir ki, Suriyadan İsrailin nəzarətində olan Qolan yüksəkliklərinə bir raket buraxılmasına cavab olaraq,  İsrail qırıcıları “Sepah”ın “Qüds” qanadının, eləcə də Livan “Hizbullah”ının Suriyadakı hərbi mövqelərini raket atəşinə tutub. Hava hücumlarında, “Sepah” və “Hizbullah” ın  Dəməşqin ətrafında yerləşən silah anbarlarına çoxlu sayda raket zərbələri endirilib.

 

Qeyd edək ki, İran ordusu hava qüvvələrinin komandanı Əziz Nəsirzadə yanvarın 21-də jurnalistlərə açıqlamasında islam respublikasının İsraili məhv etməyə hazırlığından danışıb: “Biz, səbirsizliklə İsraili yer üzündən silib məhv etməyə hazırıq. Bizim hava qüvvələrində xidmət edən gənclərimiz, özlərinin var gücü ilə sionist rejiminə qarşı savaşa və onu yer üzündən silməyə hazırdır. Daha doğrusu, bizim nəslimiz və bizdən gənc olan nəsil İsrailə qarşı  bu savaşı başlatmağa tam hazırdır”.

 

İran hava qüvvələrinin komandanı Əziz Nəsirzadə

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar