SON XƏBƏRLƏR

Netanyahu Tehranın cənubunda yerləşən gizli bir anbarda nüvə avadanlıqların saxlanılmasından danışıb

2021.10.20, 07:36
Netanyahu Tehranın cənubunda yerləşən gizli bir anbarda nüvə avadanlıqların saxlanılmasından danışıb

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu sentyabrın 27-də BMT Təhlükəsizlik Şurasında çıxış edərək, Tehranın cənubunda yerləşən gizli bir anbarda külli miqdarda nüvə avadanlıqlarının saxlanılmasından danışıb.

 

Öz çıxışında İranı nüvə fəaliyyətini gizli şəkildə davam etdirdiyini bildirən Netanyahu deyib ki, Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyindən və digər beynəlxalq qurumlardan gizli saxladığı nüvə anbarı, Tehranın cənubunda yerləşən Durquzabad (Turquzabad) məntəqəsinin Mahir küçəsində yerləşir: “Durquzabad məntəqəsində fəaliyyət göstərən nüvə anbarı bu günə qədər Beynəlxalq Atom Enerjisi Agentliyindən gizli saxlanılıb və onun mövcudluğu barədə beynəlxalq qurumlara məlumat verilməyib. Lakin mən bu gün ilk dəfə olaraq, özündə külli miqdarda nüvə avadanlıqları saxlayan belə bir anbarın olmasını ifşa edirəm.

 

Peykdən çəkilmiş şəkillərin də göstərdiyi kimi, köhnə bir giriş qapısı olan bu anbar, Kəhrizək və İslamşəhrə yaxın olan Şurabadın dörd yarım kilometrliyində yerləşir. Mən ilk dəfə olaraq bu məsələni ifşa edib  bildirirəm ki, İran rejimi gizli nüvə fəaliyyətini davam etdirir və nüvə anbarı kimi istifadə edilən həmin mərkəzdə radioaktiv və digər nüvə avadanlıqları saxlanılır.

 

Biz, İranın nüvə arxivini və onun nüvə fəaliyyəti ilə bağlı külli miqdarda sənədi ələ keçirdikdən sonra, İran həmin anbarı boşaltmağa, onu bütün nüvə nişanələrindən silib təmizləməyə  başlayıb. Belə ki, təkcə ötən ay həmin anbardan 15 kiloqramlıq radioaktiv yerbəyer edilərək naməlum yerlərə köçürülüb.

 

Şəxsən, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amanonun yaxşı bir insan olduğunu düşünür və üzümü ona tutub deyirəm ki, nə qədər ki, gec deyil və nə qədər ki, həmin mərkəz nüvə nişanələrindən tam təmizlənməyib, agentlik müfəttişlərini yoxlama aparmaq üçün bu mərkəzə göndərin və İranın nüvə fəaliyyəti ilə bağlı həqiqəti dünya ictimaiyyətinə çatdırın”.

 

 

Mənim, İranın diktator rəhbərlərinə də bir mesajım var. Üzümü onlara tutub deyirəm ki, İsrail İranın nüvə silahına yiyələnməsinə heç vaxt imkan verməyəcək və özünü müdafiə etmək üçün onun Suriya, İraq və Livanda ölkəmizə qarşı həyata keçirmək istədiyi hər hansı bir təcavüzünün qarşısını alacaq”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar