SON XƏBƏRLƏR

Netanyahu: “Yaxşısı budur ki, İranın qarşısı indi alınsın, hətta savaş olsa belə”

2021.10.20, 07:36
Netanyahu: “Yaxşısı budur ki, İranın qarşısı indi alınsın, hətta savaş olsa belə”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu mayın 6-da hökumət iclasında çıxış edərək, İranı Suriyaya inkişaf etmiş silahlar daşımaqda günahlandıraraq, islam respublikasının ölkəsinə qarşı təhdidindən danışıb.

 

Tel-Əvivin İranın Suriyadakı hərbi varlığına dözməyəcəyini bəyan edən Netanyahu bildirib ki, İsrail İranın bölgədəki hərbi macəraçılığına qarşı tez bir zamanda hərəkətə keçməli, bu ölkənin İsrail sərhədlrinə qarşı təhdidinə son qoymalıdır: “Biz, İranın ölkəmizə qarşı hücumçu siyasət və yanaşmasını dayandırmaqda qərarlıyıq. Hətta əgər bu, müharibə anlamına gəlsə belə. Yaxşısı budur ki, belə bir savaş gecikdirilmədən indi baş versin və sonraya saxlanılmasın. Biz, ölkələrimiz arasında hər hansı bir çaxnaşma yaranmasının tərəfdarı deyilik. Lakin buna baxmayaraq, düşünürəm ki, biz ölkəmizə qarşı həyata keçirilə biləcək hər hansı bir ssenariyə hazır olmalıyıq”.

 

Xatırladaq ki, Netanyahi aprelin 30-da Müdafiə Nazirliyinin binasında media nümayəndələrinin qarşısına çıxaraq, İranın nüvə silahı isehsalı ilə bağlı gizli proqramını “sənədlər”lə ifşa edib.

 

 İranı, nüvə proqramı ilə bağlı dünya birliyini aldatmaqda və yalan danışmaqda günahlandıran Netanyahu bildirib ki, İsrail kəşfiyyatı son vaxtlar keçirdiyi xüsusi bir əməliyyatda, İranın nüvə arxivinə məxsus yarımtonluq gizli sənədləri ələ keçirib: “Əməliyyat nəticəsində İranın nüvə silahı istehsalına cəhdini sübut edən “Amad” adlı layihəsinə aid 55 min səhifədən ibarət sənədlər, 55 min fayl və 183 ədəd kompakt-disk ələ keçirilib. Sənədlər sübut edir ki, Qərblə Tehran arasında nüvə sazişi  bağlanmasına baxmayaraq, İran nüvə fəaliyyətini gizli şəkildə davam etdirir”.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar