SON XƏBƏRLƏR

“Nəvid Azərbaycan” nəşriyyəsinin baş redaktorundan Ciloluq soyqırımını inkar edən anti-Azərbaycan valiyə cavab

2021.10.20, 07:36
“Nəvid Azərbaycan” nəşriyyəsinin baş redaktorundan Ciloluq soyqırımını inkar edən anti-Azərbaycan valiyə cavab

Gunaz.tv

GünAz TV: “Nəvid Azərbaycan” Nəşriyyəsinin baş redaktoru, hüquqşünas İsa Nəzəri Ciloluq faciəsini inkar edən Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisinə tutarlı cavab verib. O Məhəmməd Mehdi Şəhriyarini mövzu ilə bağlı münazirəyə də çağırıb.

 

İ.Nəzəri bu barədə Teleqram kanalında yaydığı məlumatda Qərbi Azərbaycan Əyalətini Qərb ölkələrinin “sərhədyanı bölgələri hökmranlığı altına almaq” planının tərkib hissəsi olduğunu qeyd edib. O bildirib ki, Bu planın bir hissəsi Türkiyə, Suriya, İraq və İranda terror təlimi keçməkdən ibarətdir. Planın nəzəri tərəfini isə türk bölgələrində dövlətdə işləyən islahatçı qüvvələr yerinə yetirir.

 

Azərbaycanlı baş redaktor əlavə edib ki, Dünya müharibəsi, həmçinin dövlət və millətlərin törətdiyi qətliamlar bağışlanıla bilər, lakin belə hadisələr dünyanın heç yerində unudulmur, hətta bir nəfərin öldürülməsi belə!

 

“Ciloluq qətliamı Urmiyədə olan sənədlərə görə inkarolunmaz faktdır. Lakin bu savaşda gah Osmanlıya muzdur olub erməniləri öldürən, gah Ermənistana muzdur olub türkü öldürən, gah İraq və Səddama nökər olub iranlı öldürən, gah da ruslara 50 il muzdurluq edən tərəf olub. Onlar indi də Amerikanın maşasına çevrilib yeni qətliamlara hazırlaşırlar. Bu qüvvələrin, başqa dövlətlərin yardımı ilə yeni qətliamlar törətmək üçün keçmişdəki qətliamları unutdurmaq və inkar etməkdən başqa çıxış yolları yoxdur”- deyə İ.Nəzəri qeyd edib.

 

“Nəvid Azərbaycan” nəşriyyəsinin baş redaktoru sözlərinin sonunda Məhəmməd Mehdi Şəhriyarini münazirəyə çağırıb. “Bu cənabın özü də burada qonaqdır, lakin hər zaman qonaqçının qətlini təbliğ edir. Onun Ciloluq faciəsini unutdurmaq səyi və qoyunu yemlə aldatmaq misalı kimi, bölgənin inkişafından bəhs etməsi yanlışdır. Əslində belə cəfəngiyyatlar bir millətin birləşməsi və həmrəy olması üçün lazımdır. Mən sözdə islahatçı, amma əslində terrora zəmin yaradan valini millətlərə qarşı törədilən qətliamların unudulmaması ilə bağlı bəhs etməyə dəvət edirəm”- deyə o vurğulayıb.

 

Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari dünən ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Ciloluq qətlimanını inkar edərək onu dəyərsiz hadisə adlandırıb. O bu məsələnin gündəmə gətirilməsini Qərbi Azərbaycanın inkişafına mane olduğunu da bildirib. Bu barədə daha çox məlumat əldə etmək üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

Antitürk mövqeyi ilə tanınan Qərbi Azərbaycan valisi: “Ciloluq faciəsi yalan və dəyərsiz bir hadisədir”

 

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Anti-Azərbaycan mövqeyi ilə seçilən Məhəmməd Mehdi Şəhriyari İran rejimi tərəfindən Qərbi Azərbaycan əhalisinə təhmil olunub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar