SON XƏBƏRLƏR

“New York Times”: “İsrail 2012-ci ildə İrana hücum edəcəkmiş, amma Obama qarşı çıxıb”- FOTO

2021.10.20, 07:36
“New York Times”: “İsrail 2012-ci ildə İrana hücum edəcəkmiş, amma Obama qarşı çıxıb”- FOTO

Gunaz.tv

GünAz TV: “New York Times” qəzeti Amerika, İsrail və Avropanın sabiq və hazırki siyasətçilərindən müsahibə almaqla apardığı araşdırmada İsrailin baş naziri Benyamin Netanyahunun 2012-ci ildə İranın nüvə obyektlərinə qarşı hücum planından yazıb.

 

Araşdırma zamanı Netanyahu özü də sözügedən planı təsdiqləyib. O bildirib ki, əgər israilli rəsmilərin çoxu bu planı dəstəkləsəydi, İranın nüvə obyektlərinə hücum etməklə bağlı qərarlı idim.

 

Digər tərəfdən, Obama administrasiyası həmin dövrdə İsrailin mümkün hücumundan narahatlığını ifadə edib.

 

Obama administrasiyası Netanyahunu İran hücumdan çəkindirmək üçün bəzi addımlar atıb. Belə ki, İsrailin müdafiə naziri Ehud Barak Vaşinqtona çağırılıb və amerikalı həmkarı Leon Panetta Fordo nüvə təsisatlarına qarşı həyata keçiriləcək hücumun simulyasiyasın; ona göstərib. Ehud Baraka bildirilib ki, Amerikanın İranın nüvə təsisatlarına qarşı hücum keçirtməyə gücü var və lazım olduğu təqdirdə, özü bunu həyata keçirəcək. Qəzet vurğulayır ki, İsrailin müdafiə naziri Amerikanın bu planını təqdir edib.  

 

“New York Times” qeyd edir ki, Barak Obama 2009-cu ildə Amerika ordusu və mütərəqqi silahlar istehsal edən müdafiə sənayesi müəssisələrinə verdiyi gizli göstərişdə İranın nüvə təsisatlarının məhv edilməsi üçün hərbi variant hazırlamağı tapşırıb. Qəzet iddia edir ki, bu göstərişdən öncə ABŞ-ın nüvə obyektlərin vurmaq iqtidarı olmayıb.

 

Obamanın tapşırığından sonra 13 ton ağırlığında olan, yeraltı hədəfləri də məhv etməyə qadir “MOP” tipli bomba hazırlanıb. Onun sınağı üçün Nyu-Meksiko yaxınlığında İranın Fodo nüvə təsisatına oxşar mərkəz tikilib. Sınaqda bomba mərkəzə atılıb və nəticədə o, tamamilə dağılıb.

 

MOP bombası

 

Qəzet əlavə edib ki, Obama administrasiyası İsrailin İrana qarşı keçirdiyi kəşfiyyat əməliyyatları və digər hərbi addımları daim izləyib və buna görə narahatlığını ifadə edib.

 

Qeyd etmək lazımdır ki, son günlər ərzində Qərb media orqanları ötən 2 dekada ərzində Amerika və İsrailin İranın nüvə obyektlərinə qarşı hazırladıqları məxfi planları, eləcə də həyata keçirdikləri virus hücumları barədə məlumatlar dərc edirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar