SON XƏBƏRLƏR

Karate üzrə olimpiya çempionu İran hökumətinə etiraz edib

2022.04.20, 09:51
Karate üzrə olimpiya çempionu İran hökumətinə etiraz edib

Gunaz.tv

Səccad Gənczadə İsrail idmançıları ilə qarşılaşma ehtimalına görə, turnirə göndərməməsinə etiraz edib.

Əslən Ərdəbilin Biləsuvar bölgəsindən olan 30 yaşlı idmançı bununla bağlı özünün sosial media hesabında paylaşım edib.

O, Portuqaliyada keçiriləcək yarışlara getməsinə icazə verilməməsini qınayıb.

 “Ömür boyu idman etməyən və bununla maraqlanmayan şəxslərin insana hansı yarışa gedib-getməməsi barədə göstəriş vermələri ağrılıdır.

İdman və gənclər nazirinin özünün idmançı olmasına baxmayaraq bu məsələlərə diqqət ayırmır və yalnız öz vəzifəsini qoruyub saxlamaq üçün çalışır”-deyə, güneyli idmançı İranın idman və gənclər naziri Nəsrullah Səccadini tənqid edib.

2020-ci ilin ən mötəbər idman yarışlarından olan çempionata qatıla bilmədiyindən təəssüfləndiyini yazan Gənczadə bundan sonra ancaq Asiyanın məhdud idman yarışlarında çıxış etməyə məhkum edildiklərindən narahatlığını ifadə edib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar