SON XƏBƏRLƏR

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023.03.25, 17:09
Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

Gunaz.tv

Bildirilib ki, mitinqin əsas məqsədi İran dövlətinin repressiv, anti-Azərbaycan, anti-türk siyasətinə, ölkə daxilində Azərbaycan türklərini, qaşqay və Xorasan türklərini, türkmənləri, ümumiyyətlə, bütün türk toplumlarını hər mənada təzyiq altına almasına etiraz etməkdən ibarətdir.

Eləcə də mitinqin İranın Azərbaycan Respublikasına qarşı təhdidkar, düşməncə siyasətinə etiraz məqsədi daşıdığı qeyd edilib.

Mitinqin sonunda bəyanat qəbul olunub.

Bəyanatda son yüz ildə Pəhləvi və molla hakimiyyətinin İranda yaşayan qeyri-fars xalqlara, özəlliklə azərbaycanlılara qarşı ədalətsiz siyasətlərindən bəhs edilir.

"Bu gün İranda bütün məzlum xalqlar ümumbəşəri qanunlar və hüquqlar çərçivəsində öz pozulmuş hüquqlarını bərpa etmək, azad və ədalətli şəraitdə fərdi və milli həyatlarını davam etdirmək əzmindədirlər və bu yolda ağır bədəllər ödəyirlər",- bəyanatda bildirilib.

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar