Güney azərbaycanlı milli fəal Meysəm Colani məhkəməyə çağırılıb

2020-06-28 10:21

Güney azərbaycanlı milli fəal Meysəm Colaninin apelyasiya məhkəməsinin vaxtı bəlli olub.

Gunaz.tv Quote | Gunaz article

Məlumata əsasən, Colaninin  apelyasiya şikayətinə Ərdəbil İkinci Cəza Məhkəməsinin 102-ci şöbəsində baxılacaq. Çağırış vərəqəsinə əsas, fəal iyunun 30-da yerli vaxtla saat 09:00-da məhkəməyə müraciət etməlidir.

 

 

“İğtişaş yaratmaqla ictimai nizam-intizamı pozmaq”da günahlandırılıan Colani Ərdəbil İkinci Cəza Məhkəməsinin 102-ci şöbəsi tərəfindən 6 ay həbs və 74 şallaq cəzasına məhkum edilib. Məhkəmə milli fəal barəsində  qiyabi olaraq hökm çıxarıb.

Colani iyunun 15-də Ərdəbil Məhkəməsinin çıxardığı cəza ilə bağlı Apelyasiya Məhkəməsinə şikayət edib.  

 

 

Ərdəbil sakini olan milli fəal 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə saxlanılmışdı. O, bir müddət nəzarət altında qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılıb.

 

 

Meysəm Colani tanınmış güney azərbaycanlı milli-mədəni fəallardandır. O, bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

Son həftələrdə İranda güney azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələri və məhkəmə orqanları tərəfindən təzyiqlər artıb. Hazırda milli fəallar Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini, Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadə, Yunis Qulizadə, Əmir Səttari, Cəfər Rüstəmirad, Kiyanuş Aslani, Yusif Kari və Ruzbeh Piri həbsdə saxlanılır.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16