SON XƏBƏRLƏR

Güney azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri yenidən həbs olunub

2022.02.13, 06:42
Güney azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri yenidən həbs olunub

Gunaz.tv

Onun qardaşı Yaşar Piri özünün social media hesabında etdiyi paylaşımda qardaşının saxlanılmasının bundan öncə məhkum olunduğu həbs cəzası ilə bağlı ola biləcəyini deyib.

“Ruzbehin təhlükəsizlik məmurları tərəfindən saxlanılması onun barəsində çıxarılan 3 il 8 ay həbs cəzasının tətbiqi ilə bağlı olduğu ehtimal edilir”-deyə, Yaşar Piri yazıb.

Qeyd edək ki, Ruzbeh Piribundan öncə 2021-ci ilin dekabr ayının 14-də Təbrizin İnqilab Məhkəməsinin 3-cü bölməsində Qazi Fəthnejadın başçılığı ilə keçirilən məhkəmə iclasında milli fəal “sistemə qarşı təbliğat” ittihamına görə 1 il, “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə isə 5 il həbsə məhkum ediliib.

Bundan sonra Pirinin şikayəti əsasında onun işinə yenidən baxılıb və Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi onun barəsində ilkin məhkəmədə çıxarılan qərarda dəyişiklik edərək həbs cəzasının 3 il 8 aya endirilməsi barədə hökm çıxarıb. 

R.Piri 9 sentyabr 2021-ci ildə 12 nəfər mülki geyimli təhlükəsizlik məmuru tərəfindən saxlanılıb  və heç bir məhkəmə qərarı göstərilməyib. O, məmurlar tərəfindən ağır şəkildə döyülüb. 

Şahidlərin sözlərinə görə ağır bədən xəsarətləri alan milli fəal zorakılıqla maşına mindirilərək naməlum yerə aparılıb.

O, iki həftə təhlükəsizlik təcridxanasında saxlanılıb və dindirildikdən sonra Təbriz Mərkəzi Zindanına köçürülüb və sentyabrın 29-da 300 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Ruzbeh Piri daha öncə də dinc fəaliyyətlərindən dolayı dəfələrlə həbs və mühakimə edilib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar