SON XƏBƏRLƏR

Güney Azərbaycan bölgələrində narkomaniya geniş yayılıb

2022.08.20, 04:52
Güney Azərbaycan bölgələrində narkomaniya geniş yayılıb

Gunaz.tv

Milli-mədəni fəallar durumun ağır olması barədə xəbərdarlıq ediblər.  

Məsələ ilə bağlı məlumat verən fəallar xüsusilə sərhədyanı bölgələrdə, o cümlədən Biləsuvar, Germi və Aslanduz şəhərlərində, onların əraf kndlərində narkamanların sayının durmadan artdığını yazıblar.

Məlumatda adı çəkilən bölgələrdə narkotik maddələrin tranzitinin həyata keçirildiyi, bu işlə məşğul olanların dəstəkləndiyi üçün günü-gündən fəaliyyətlərinin genişləndiyi və narkotik maddələrdən istifadəyə aludə olan Azərbaycan gənclərinin çoxaldığı deyilir.

"Tehran hökuməti Azərbaycanı narkotiklərin Avropaya giriş qapısına və bu maddələrin İrandan Azərbaycan Respublikası, Ermənistan, Türkiyə və İraqa çıxışı üçün tranzit marşrutuna çevirib.

Narkotiklərlə mübarizə üzrə beynəlxalq təşkilatların dərc etdiyi xəritələrə görə, Güney Azərbaycan Əfqanıstan, Pakistan və İrandan Avropaya narkotik tranzit marşrutlarının kəsişdiyi yerdir.

Bu, İran hökumət başçılarının iqtisadi maraqlarını və qeyri-insani siyasətini göstərən çox saylı faktlardan biridir"-deyə, məlumatda qeyd edilib.

Ekspertlərin fikrincə, İran İslam Respublikası bu siyasəti cəmiyyətin insan resurslarını məhv etmək, Azərbaycanda narkotik maddələrin istehlakını artıramaq və  Azərbaycanda demoqrafik tərkibi dəyişmək məqsədi güdür.

Qeyd edək ki, bundan bir neçə il öncəyə kimi Güney Azərbaycan bölgələri narkomanların sayına görə İranda ən aşağı yerlərdə idi və təmiz bölgə sayılırdı.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar