SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərində etiraz aksiyası keçirilib

2023.03.07, 09:30
Güney Azərbaycan şəhərində etiraz aksiyası keçirilib

Gunaz.tv

Etirazçılar məktəblərdə qız şagirdlərə qarşı zəhərli qazla hücumlara etiraz edib, hökumət əleyhinə şüarlar səsləndiriblər.

Soyuqbulaq şəhəri ilə yanaşı Tehran şəhərinin də bir neçə bölgəsində nümayişlər baş tutub.

Nümayişçilər "uşaq öldürən hökumətə ölüm", "diktatora ölüm" şüarları səsləndiriblər.

Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın 9-da Qum şəhərində qeydə alınıb.

Martın 4-də isə İranın 37 şəhərinin 116 məktəbində şagirdlər kütləvi şəkildə zəhərlənib.

Bir sıra media rorqanları bunu məktəblərə kimiyəvi hücum kimi yazıb və zəhərlənmənin bir neçə kimiyəvi qazın birləşməsi nəticəsində baş verdiyini bildiriblər. 

Günaz.TV
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar