Sulduz, Xoy, Makı,Təbriz, Urmu, Ərdəbil və başqa şəhərlərdə yayılan yazılı vərəqələrdə Tehran rejiminin fars olmayan xalqlara qarşı şovinist siyasəti tənqid olunub.
“Ölkənin ana yasasının 15-ci maddəsində bütün xalqların öz dillərində təhsil almaq və ana mətbuatda ana dillərindən istifadə etmələrinin yazılmasına baxmayaraq, bir çox hallarda fars olmayan xalqların ana dillərində danışması belə məhdudlaşdırılıb“-deyə, yazılı vərəqələrdə qeyd olunub.
Mədəni fəallar Tehran rejiminin fars olmayan xalqlara qarşı ayrı-seçkilik siyasətinə son verməsini istəyib, bunun acı nəticələri barədə xəbərdarlıq edib və azərbaycanlı siyasi.
Milli-mədəni məhbusların azadlığa buraxılmalarını tələb ediblər.
C.E