SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış edilib

2022.09.26, 09:23
Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış edilib

Gunaz.tv

Sentyabrın 26-da güney azərbaycanlı fəallar Başda Təbriz olmaqla Urmu, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin, Xoy, Marağa və başqa şəhərlərdə etiraz aksiyalarının davam etdirəcəyi barədə bildiriş və çağırışlar yayıblar.

Günortadan sonra saat 18:00-dan başlayaraq şəhərlərin mərkəzi meydanlarında keçiriləcəyi bildirilən dinc etiraz aksiyalarında, həm də bu günə kimi öldürüldüyü təsdiq olunan 5 azərbaycanlının xatirəsi yad ediləcək.

"Hər gün uşaqlarımız qəddar İslam Respublikası rejiminin güllələri ilə öldürülür.

Kərəcdə Hədis Nəcəfinin və Qəzvində Cavad Heydərinin anaları övladları üçün ağlayırlar. Zalimlərin tifağını birdəfəlik dağıdaq",- deyə, bildirişlərdə yazılıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar