SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində məhkəmə işçiləri aksiya keçirib

2021.10.27, 07:49
Güney Azərbaycan şəhərlərində məhkəmə işçiləri aksiya keçirib

Gunaz.tv

Məhkəmə orqanları binalarınıın qarşısına toplaşan narazılar hökumətdən əmək haqlarının qaldırılması və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edib.

Onlar sosial tələblərlə bağlı tələblərə hökumətin biganəliyinə etiraz ediblər. 

Oktyabrın 25-də keçirilən aksiyalarda məhkəmə işçiləri bildirib ki, ölkədə hökm sürən inflyasiya ilə aldıqları əmək haqqı arasında mütənasiblik yoxdur.

Məhkəmə işçiləri mövcud sosial durumdan narazılıqlarını ifadə ediblər.

Narazılar həbsxana işçilərinə daha çox diqqət göstərildiyi, onlara xüsusi imtiyazlar tanındığı halda, bunun onlara şamil edilmədiyini deyib, hüquqlarının bərabərləşdirilməsini istəyiblər.

Onlar bunu ayrı-seçkilik kimi dəyərləndirib, bunun aradan qaldırılmasını tələb ediblər.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar