SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirib-FOTOLAR

2021.12.02, 12:32
Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirib-FOTOLAR

Gunaz.tv

Etirazçı müəllimlər bundan öncə irəli sürdükləri problemlərinin həll olunmadığını, tələblərinin yerinə yetirilmədiyini deyiblər.


Güneyli təhsil işçiləri müəllimlər və təhsil sahəsində çalışanların hüquqlarının pozulmasına, ölkənin illik büdcəsindən təhsil sahəsinə cüzi vəsait ayrılmasına, rütbələndirmə qanununun icra olunmasını, əmək haqları və təqaüdlərin bərabərləşdirilməsini istəyiblər.

Qeyd edək ki, bu gün Qəzvin və Zəngan şəhərləridə daxil olmaqla İranın bir neçə başqa şəhərində də oxşar istəklərlə bağlı oxşar aksiyalar keçirilib.

Bundan öncə noyabrın 11-də İran Təhsil İşçiləri Dərnəkləri Kordinasiya Şurasının dərc etdiyi ümumölkə mitinqinin yekun bəyanatında təhsil işçiləri və təqaüdçülər üçün “Dövlət Qulluğunun İdarə Edilməsi haqqında”

Qanunun icrasının 14 il gecikdirilməsi, etiraz aksiyası keçirmək hüququnun pozulması, etirazçılara qarşı sərt təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi, uzunmüddətli həbslər, döyülmə, ölkədən qovulma, deportasiyaya və müxtəlif məhrumiyyətlərə məruz qalmaları tənqid edilib.  


C.E

Açıklama yok.

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar