Güney Azərbaycan şəhərlərində müəllimlərin etiraz aksiyası davam edir-VİDEO

23.12.2021, 15:51

Güney Azərbaycan şəhərlərində müəllimlərin etiraz aksiyaları keçirilir.

Gunaz.tv Quote | Gunaz article

İran Təhsil İşçiləri Kordinasiya Şurasının növbəti çağırışı əsasında baş tutan aksiyalarda Təbriz, Zəngan, urmu, Ərdəbil və b. şəhərlərdə müəllimlər yenidən rütbələndirmə qanununun icra olunmasını, əmək haqlarının artırılmasını və təqaüdlərin bərabərləşdirilməsini tələb ediblər.  

İranın başqa bir neçə şəhəri ilə eyni vaxtda keçirilən aksiyalarda təhsil işçilərin həbs olunan müəllimlərin azad edilmələrini, öyrənci və şagirdlərin təhsillərini davam etdirmələrinə şərait yaradılmasını da istəyirlər. 

"Məhbus müəllimlər azad edilməlidir" şüarları səsləndirən təhsil işçiləri hökuməti müəllimlərə qarşı təzyiqlərə son qoymağa çağırıblar.

Aksiyaların gün ərzində başqa şəhərlərdə də keçiriləcəyi, təhsil işçilərinin Təhsil İdarələri və valilik binaları qarşısına toplaşacaqları ilə bağlı sosial mediada bildirişlər yayılıb.

Bundan öncə dekabrın 12-də Güney Azərbaycanın Təbriz, Urmu, Ərdəbil, Qəzvin, Həmədan, Zəncan. Culfa və bir çox başqa şəhərində müəllimlər iş yerlərində tətil aksiyasına əl ataraq tələblərinin təmin olunmamasına etirazlarını bildirmişdilər.

Qeyd edək ki, noyabrın 11-də İran Təhsil İşçiləri Dərnəkləri Koordinasiya Şurasının dərc etdiyi ümumölkə mitinqinin yekun bəyanatında təhsil işçiləri və təqaüdçülər üçün “Dövlət Qulluğunun İdarə

Edilməsi haqqında”qanunun icrasının 14 il gecikdirilməsi, etiraz aksiyası keçirmək hüququnun pozulması tənqid edilib.

Sənəddə etirazçılara qarşı sərt təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi, uzunmüddətli həbslər, döyülmə, ölkədən qovulma, deportasiyaya və müxtəlif məhrumiyyətlərə məruz qalmaları da qınanıb.  

 

Açıklama yok.

Açıklama yok.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22