SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində təqaüdçülər aksiya keçirib

2021.12.20, 12:16
Güney Azərbaycan şəhərlərində təqaüdçülər aksiya keçirib

Gunaz.tv

Onlar təqaüdlərinin aşağı olmasına, rütbələndirmə və bərabərləşdirmə qanununun tətbiq olunmamasına, sığorta xidmətləri sahəsindəki problem və çatışmazlıqların həll olunmamış qalmasına etirazlarını bildiriblər.

Təqaüdçülərin bərabərləşdirilməsi və rütbələndirilməsi qanunu barədə layihə Həsən Ruhaninin prezidentliyi dövründə məclisə göndərilsə də, maddi qaynaqların çatışmazlığı ucbatından qəbul edilməyib.

Layihəyə görə, təqaüdçülərin məvaciblərin işləyənlərin əmək haqlarının 80%-ə qədər qaldırılmalı idi. 

Təqaüdçülərin və qanun layihəsinin əksinə olaraq hökumətin təqaüd yaşının daha iki il qaldırılması ilə bağlı qanun qəbul etməyə hazırlaşması təqaüdçüləri dahada narazı salıb.

Qeyd edək ki, həmin gün İranın Bocnurd, Kirmanşah və Xurrəmabad şəhərində təqaüdçülər etiraz aksiyası keçirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar