SON XƏBƏRLƏR

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Arif Rəhimoğlunun vəfatı ilə bağlı bəyanat yaydı

2022.04.05, 12:25
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Arif Rəhimoğlunun vəfatı ilə bağlı bəyanat yaydı

Gunaz.tv

Bildirişdə deyilir:

"Martın 4-də Azərbaycan və Türk dünyasının böyük düşürlərindən olan Arif Rəhimoğlu bəy dünyasını dəyişib.

Dərin üzüntü hissi ilə bu böyük itkini Bütöv Azərbaycan sevdalıları başda olmaqla Azərbaycan türk millətinə, türk dünyasına başsağlığı veririk. Arif Rəhomoğlu bütün aktiv milli-siyasi ömründə millətinin səadəti, azadlığı və bağımsızlığı uğrunda mübarizə apardı.

İstər bilim insanı kimi, istər siyası öncül kimi, istərsə də demokratiya və İnsancıl hərəkətlərdə durmadan çalışdı. Yazdı, yazdırdı, təşkilatlar yaratdı və gəncləri yaratmağa təşviq etdi. 

31 dekabr-milli birlik və həmrəylik gecəsinə damğa vuranlardan oldu. 1990-cı illərdən etibarən Elçibəyin ilk silahdaşlarından biri kimi Azərbaycanın güneyində milli fəallarla irtibata girdi, müxtəlif vasitələrlə Təbriz və başqa Güney bölgələrində oldu".

Bəyanatda qeyd olunur ki, Arif bəy bütöv Azərbaycan hərəkatının əsas ideoloqlarından və təşkilatçılarından biri olub.

"1995-ci ildə milli öndər Elçibəy ilə Kələkidə görüşəndən sonra Bakıda Bütöv Azərbaycan Təşkilatlarının Koordınasya Şurasını quranlardan biri oldu. 1997-ci ildə Bakıda Elçibəyin yaratdığı möhtəşəm Bütöv Azərbaycan Birliyi sədrinin ideoloji məsələlər üzrə müavini seçildi.

Ürək xəstəliyi üzündən üçüncü dəfə əməliyat olunandan sonra Avropaya köçdü. İsveçin Göteborq şəhərində yerləşən gündən etibarən dərnəkçilik çalışmalarına başladı. 

2007-ci ildə “Batı Yötaland Azərbaycan Evi Birliyi”nin yaranmasında əsas rolu oynayanlardan biri oldu. Ayaqdan düşməkdə olan “İsveç Azərcaycan Fedrasiyon”nun yenidən canlanması üçün bir an dayanmadan çalışdı"-deyə, bəyanatda bildirilir. 

Güney Azərbaycan təşkilatları hesab edir ki, Arif Rəhimoğlu alim kimi də dəyərli əsərlə ortaya qoyub:

"Təşkilatçılığı ilə birlikdə elmi işlərində də geri qalmadı. 100-lərcə milli dəyərli elmi məqalələr yazdı, saysız elmi məruzələr ortaya qoydu. 20-dən çox türk təməlli, Azərbaycan mərkəzli qaynaq kitab yazdı. Bir neçə böyük əsəri çapa hazır olsa da çapa verilməmiş qaldı.

Özünün çox sevdiyi geniş qaynaqlı, ulusal ruhlu “Yaşmaqlı panfarsist" adlı əsərinin yayımı isə sevənlərinə əmanət qaldı. Sözsüz ki, bu əsərin yayılması ilə böyük düşüncə adamının yolu daha artıq gedərli olacaqdır.

Adı-sanı ulusuyla yaşasın, yolu gedərli olsun.

Dəyərli ömürgün yoldaşının, balalarının, sevənlərinin kədəri yüngün olsun. Türk ulusunun və Azərbaycanın başı sağ olsun".

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar