SON XƏBƏRLƏR

Güney Azərbaycan Təşkilatları Öyrənci günü ilə bağlı bəyanat yaydı

2022.05.10, 03:59
Güney Azərbaycan Təşkilatları Öyrənci günü ilə bağlı bəyanat yaydı

Gunaz.tv

“Dəyərli Azərbaycan Türk Milləti, sevimli öyrəncilərimiz! Panfarsist İran rejiminin iş başına gəlməsi ilə bu coğrafiyada türklərin hər hansı probleminin həlli ilə bağlı kiçik bir islahat belə aparılmadı. 

Əksinə millətimizə basqılar daha dərin milli, kültürəl, iqtisadi, sosial çalar aldı. Millətimiz çoxsaylı problemlərlə baş-başa qaldı. İran İslam rejimi, hər fürsətdə Azərbaycan türklüyünə qarşı ayrı-seçkilik siyasəti yürütdü. 

Okulda, bazarda, idarədə, idman, bilimyurdda və bütünlüklə yaşam alanlarında Azərbaycanda və İranda yaşayan türklərin varlığına təcavuz mexanizmi planlı dövlət siyasətinə çevrildi. 

Farsçı rejimin anti-türk siyasəti 1995-ci ildə (1374) ilində çılpaqlığı ilə üzə çıxdı. Fars şovinizmi zirvəyə yüksəldi. Rəsmi dövlət teleradioda  7 maddəlik bir sorğu yayınlandı. Bu sorğuda etnik farslara aşağıdakı suallar qoyulmuşdu:
 - Bir türk ilə evlənmək istərsizmi?
- Qızınızı türk oğlanla evləndirərsizmi?
- Aşura-Tasua kimi məzhəbi məclislərdə türklərlə bir arada olmaq istərsizmi?
- Türk qonşuluğunda yaşamaq istərsizmi?
- Türklən bir yerdə işləmək istərsizmi?
- Çoxunluğu Türk olan məhəllədə ev almaq istərsizmi?
- Türk ailəsilə gediş-gəliş etmək istərsizmi?

”Sosial Fasilə” adı altında İran İslam Cümhuriyyətinin rəsmi teleradiosunda “İctimai rəyi Araşdırma və İncələmə” mərkəzi tərəfindən Tehran və Qum şəhərlərində yayımlanan yuxarıdakı faşistcə sorğu az bir zaman içində başda öyrəncilər olmaqla Azərbaycan Türk Millətini hərəkətə gətirdi”. 

Bəyanatda qeyd olunur ki, bu şovinist addım türklər arasında milli ayaqlanmaya rəvac verdi: 

“Ölkənin ən qaranlıq zamanına rastlaşan bu sorğulara qarşı Təbriz və Azərbaycan bilimyurdları ilə yanaşı İran bilim mərkəzlərindəki türk öyrənciləri əllərində olan bütün imkanlarla faşizmə qarşı ayaqlandılar. Rejim, qarşılıq verincə qanlı qarşıdurmalar, tutuqlamalar, işgəncələr başladı. 

Rejim, bir yandan rəhbərinin əmrilə “vur” siyasəti apardı, başqa yandan isə, sorğu verənləri xarici düşmən amili adlandırmaqla cəzalandıracaq sözünü ortaya ataraq türk millətini aldatmağa çalışdı.
9 may 1995-ci il (19 ordibeheşt 1374) Azərbaycan türk öyrəncilərinin tək yumruq olaraq farsçı rejimə qarşı ən yadda qalan gün kimi tarixə düşdü”. 

Sənəddə qey olunur ki, rejimin  teleradiosu başda olmaqla digər rəsmi orqanları ardarda türk millətindən üzr istəməyə başladı. Türkləri sakitləşdirmək üçün bu cür cərəyanlara qarşı məhkəmə quracaq yalanını irəli srüdü. 
“Ancaq ox yaydan çıxmışdı artıq! Rejim Azərbaycan Türk Millətinə və onun öncül övladları olan öyrəncilərinə nə qədər faşist, şovinist və anti-türk olduğunu bir daha göstərmişdi.

Sözsüz ki, Azərbaycan türk öyrəncisi, millətinin aydın düşünürü, ayaqdakı gücü və gələcəyi olaraq, belə aparteid davranışı unutmamış və unudmayacaq! Azərbaycan öyrəncisi bunu bilir ki, türk olmaq zülmə qarşı olmaqdır. Türk varlığına əl uzaldanların əlini qırmaqdır. Azərbaycanlı öyrənci bunu bilir ki, öz millətinin ən öndə gedən milli savaşçısı, qurtuluşçusudur.

Bu üzdən Azərbaycan Milli Hərəkatı mayın9-unu  Güney Azərbaycan Öyrənci Günü elan edərək, öyrənci övladlarının dayanışma və dirənişməsinin tarixi önəmini göstərməyə çalışır.  
Güney Azərbaycan Öyrənci Günü, bütün Türk öyrəncilərinə qutlu olsun!

Yaşasın Azərbaycan Türk Öyrəncisi və 9 may (19 ordibeheş) Öyrənci Günü!”-bəyanat bu sözlərlə bitir.
Bəyanatı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinə üzv olan qurumlar:

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC),  
Azərbaycan Mərkəz Partiyası (AMP), 
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş), 
Azərbaycan Öyrənci Hərəkatı (AZOH),  
Güney Azərbaycan Demokrat Partiyası (GADP), 
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP), 
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP) və
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) imzalayıb.

Timur

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar