SON XƏBƏRLƏR

“Güney Azərbaycanın azadlığına indidən hazırlaşmalıyıq”-Fərəc Quliyev

2022.11.14, 00:53
“Güney Azərbaycanın azadlığına indidən hazırlaşmalıyıq”-Fərəc Quliyev

Gunaz.tv

Bunu Günaz.TV-yə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı millət vəkili Fərəc Quliyev deyib. 

İstiqlalçı millət vəkilinin sözlərinə görə, molla rejimi bilir ki, Quzey Azərbaycan ayaq üstündə durduqca Güney Azərbaycan prosesi öz sonluğuna daha tez çatacaq.
“Hansı davranış olursa-olsun İran bir az nəfəs alan kimi yenidən Azərbaycanın əleyhinə işini davam etdirəcək. 

İndi İran əleyhinə hər kəsin münasibəti sevindiricir. Amma bu kampaniya xarakteri daşımalı deyil. Bu, köklü münasibət, davamlı siyasət olmalıdır. Görünən budur ki, İranla bu dildə danışanda daha çox nəticə verir. 

İran gəlib Azərbaycan sərhədində hərbi təlimlər keçirir, Azərbaycan ordusu buna cavab olaraq təlimlərə başlayır. Amma İran daha çox daxilindəki 40 milyonluq türk etnosundan qorxur”-deyə, o, bildirib. 

F.Quliyev bildirib ki, köklü şəkildə İranı yerində oturtmaq üçün bu siyasət davam etdirilməlidir: “Bir velosiped effekti var. Bu kursu dayandırsaq, İran özünə gələnə qədər iki iş görəcək. 

Birincisi, bu gün Güney Azərbaycanda aktivlik göstərənləri siyahıya alıb onları repressiyalara məruz qoyacaq. Ağır zərbədən sonra milli hərəkat uzun müddət özünə gəlməyəcək. İkincisi, Quzey Azərbaycana qarşı daha aqressiv fəaliyyətə başlayacaq, agent şəbəkəsinə qarşı daha ciddi maliyyə ayıracaq, bizim düşmən dövlətlərlə daha çox ittifaqda olacaq. 

Ona görə də biz İranın son hərəkətlərinə görə yox ümumiyyətlə Azərbaycanın potensial təhdidlərini aradan qaldırmaq üçün ciddi siyasət yürütməliyik. Güney Azərbaycanla bağlı bir qurum yaradılmalıdır. Bütün dünyanın hər yerində yaşayan azərbaycanlıların koordinasiya olunması lazımdır. 

Çıxışlarımda bildirmişdim ki, Azərbaycan dövləti Güney Azərbaycanın azadlığına indidən hazırlaşmalıdır. Müəllim hazırlığı, hərbi və diplomat kadrların hazırlığı diqqət mərkəzinə gəlməlidir”-deyə, o, vurğulayıb.

Fərəc Quliyev bildirib ki, Azərbaycan prezidentinin məsələ ilə bağlı mövqeyi doğrudur:

“Prezident bəyan etdi ki, biz dünyanın harasında olursa olsun Azərbaycan türklərinə sahib çıxmalıyıq. 

Xüsusən kompakt şəkildə yaşayan Güney azərbaycanlılara da açıq şəkildə işarə olunur. “Səhər” televiziyası son vaxtlar bizə qarşı təxribatla məşğul olur. 

Onlar uzun illərdir bizə qarşı ən təhqiramiz formada fəaliyyət aparıblar. Düşməni sarsıtmaq üçün onun imkanlarını daxildə zəiflətmək lazımdır. Onun daxildəki imkanları Azərbaycan türklərinin hesabınadır. 

Orduda və digər silahlı birliklərdə”.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar