SON XƏBƏRLƏR

Güney Azərbaycanın bir neçə şəhərində şagirdlər zəhərləndi-Aksiyalar keçirildi

2023.03.05, 10:10
Güney Azərbaycanın bir neçə şəhərində şagirdlər zəhərləndi-Aksiyalar keçirildi

Gunaz.tv

Martın 4-də Təbriz, Urmu, Həmədan, Zəngan, Germi, Xiyav (Meşkin) şəhərlərində yüzlərlə şagird zəhərlənərək xəstəxanalara köçürülüb.

Bir neşə şəhərdə, o cümlədən Təbrizdə zəhərlənən şagirdlərin valideynləri etiraz aksiyası keçirib, hökumət qüvvələri ilə valideynlər arasında qarşıdurma olub.

Bundan əvvəl Güney Azərbaycan şəhərlərində zəhərlənmə hadisəsi martın 1-də Ərdəbil şəhərinin 9 məktəbində, martın 2-də isə Aslanduz şəhərinin bir məktəbində baş verib.

ərdəbildə 400, Aslanduzda isə 48 qız şagird zəhərlənib.

Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi noyabrın 9-da Qum şəhərində qeydə alınıb.

Martın 4-də isə İranın 37 şəhərinin 116 məktəbində şagirdlər kütləvi şəkildə zəhərlənib. Bir sıra media rorqanları bunu məktəblərə kimiyəvi hücum kimi yazıb və zəhərlənmənin bir neçə kimiyəvi qazın birləşməsi nəticəsində baş verdiyini bildiriblər. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar