SON XƏBƏRLƏR

Güney Azərbaycanın qızıl mədənlərinin talanmasına dair sənədli film hazırlanıb-VİDEO

2022.01.12, 11:00
Güney Azərbaycanın qızıl mədənlərinin talanmasına dair sənədli film hazırlanıb-VİDEO

Gunaz.tv

Güney azərbaycanı rejissor Səccad Kəriminin çəkdiyi “Ölüm üçbucağı” adlı sənədli filmdə Qərbi Azərbaycan əyalətinin Tikantəpə bölgəsində yerləşən “Ağdərə” və “Zərşuran” qızıl mədənlərindən və ətrafda yaşayan soydaşlarımızın ağır durumundan bəhs edir.

Filmdə həmçinin qızıl mədənləri ilə yanaşı 80 daş, qranit və mərmər mədəninin İsfahan və Tehran şirkətləri tərəfindən istismar edilərək başqa əyalətlərə daşınmasından danışılır.

Ekran əsərində bölgənin ilkin infrastrukur imkanlarından məhrum olduğu, əhalinin işsizlik və yoxsulluqdan əziyyət çəkdiyi qeyd olunur.

Filmdə danışan yerli əhali acınacaqlı durumda olduğunu, "ölüm üçbucağı"nda yaşadığını bildirirlər.

Qeyd edək ki, Zərşuran və Ağdərə qızıl mədənləri Qərbi AzərbaycanınTikantəpə bölgəsində yerləşir.

Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir.

Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.

Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir.

Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar