SON XƏBƏRLƏR

Güney Azərbaycanın türkcə “Qolçaq” filmi “Fəcr” film festivalına buraxılmadı-VİDEO

2022.01.01, 11:39
Güney Azərbaycanın türkcə “Qolçaq” filmi “Fəcr” film festivalına buraxılmadı-VİDEO

Gunaz.tv

“Qolçaq” filminin rejissoru bundan öncə türk dilində çəkdiyi “Ev” filmi ilə güney azərbaycanlıların rəğbətini qazanan tanınmış rejissor Əsgər Yusifinejaddır.

“Fəcr” Film Festivalının münsiflər heyətinin üzvü Behruz Əfxəmi məsələ ilə bağlı verdiyi açıqlamada filmin türkcə olduğuna görə festivalda iştirakına icazə verilmədiyini təsdiq edib.

“”Qolçaq” filmi olduqca maraqlı filmdir. Ancaq film türk dilində olduğuna görə, münsiflər heyəti onu izləyib və başa düşməkdə çətinlik çəkirlər”-deyə, bildirib.

O, bundan sonra filmin rejissoru Əsgər Yusifinejada zəng edərək onun əməyini yüksək dəyərləndirdiyini, ancaq bir sıra həssas yanaşmalara görə onun filminin festivalda nümayişinə icazə verilmədiyini söylədiyini qeyd edib.

Əfxəmi bununla yanaşı azərbaycanlı rejissorun bir neçə il bundan öncə çəkdiyi “Ev” filminin də türk dilində çəkildiyinə görə eyni festivala buraxılmadığını bildirib.

Qeyd edək ki, 2019-cu ildə türk dilində olan başqa “Atabay” filmidə bir sıra şovinist dairələrin qəzəbi ilıə qarşılanmışdı.

Fars dilli jurnalist Əmir Fərzullahi “Atabay” filminin təqdimat mərasimində “İranın rəsmi dövlət dili fars dilidir. Kimsənin haqqı yoxdur bu ölkədə türk dilində film çəksin”-deyə, bildirdiyi şovinist fikir azərbaycanlıların və filmin rejissoru, oyunçularının ciddi reaksiyasına səbəb olub.

Filmin ssenari müəllifi və oyunçusu Hadi Hicazəfər fars jurnalistə cavab olaraq “sənin düşüncələrin faşizmə dayanır. Kimsənin türk dilini təhqir etmək haqqı yoxdur. Ölkə konstitusiyasına görə, türk dili məktəblərdə tədris olunmalıdır”-deyə, sərt təpki vermişdir.

C.E


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar