SON XƏBƏRLƏR

Güney Azərbaycanda çəkilmiş türkcə "Dəri" filmi çərşənbə günündən ekranlara çıxacaq

2021.10.20, 07:36
Güney Azərbaycanda çəkilmiş türkcə "Dəri" filmi çərşənbə günündən ekranlara çıxacaq

Gunaz.tv

Filmin ekranlara çıxması ilə bağlı xəbərlər yanaşı onun afışası da yayılıb.

"Dəri" filminin senari müəllifi və rejissoru Bəhmən və Bəhram Ərk qardaşları, prodüsseri isə Məhəmmədrza Misbahdır.

Fəcr festivalının səs-küylü filmləri içində yer alan bu ekran əsəri Azərbaycan türkcəsində çəkilən uzunmetrajli filmdir. 

Bu festivalda film 7 müxtəlif nominasiyaya təqdim edilib. 

"Sənət və təcrübə" nominasiyasında "Büllur Simurq" mükafatına və ən yaxşı film musiqisi mükafatına layiq görülüb.

"Ətəkyazı" saytının verdiyi məlumata görə, "Dəri" filmi fərqli mövzusu ilə də diqqət çəkib.

Ssenaridə bir sevgi dastanı ilə yanaşı xalq içində yayğın olan mifik inanclar və xurafat təsvir edilib.

Bundan öncə təbrizli Ərk qardaşlarının çəkdikləri “Heyvan” adlı qısametrajlı film də İranda və xaricdə bir neçə mükafata layiq görülüb.

C.E

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar